Videonun müddəti: 3:55
Baxış: 5.5K
Əlavə edilib: 2022.02.26
"Ukraynanın başına gələn faciə bizim də başımıza gələ bilər"! Depuat Fazil Mustafadan sok açıqlama!
Fazil Mustafa: “Bu gün heç kimin ağlına gəlməzdi ki, Kiyevi vuracaqlar” “İnsani nöqteyi-nəzərdən Ukraynanın bu gün yaşadığı faciə bizim də başımıza gələ bilər”. Musavat.com xəbər verir ki, bu sözləri “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə TV Müsavatın efirində yayımlanan “Dərin Təhlil” verilişində millət vəkili Fazil Mustafa deyib. Onun sözlərinə görə, bu faciə təkcə Azərbaycanın yox, Azərbaycan kimi dövlətlərin də başına gələ bilər: “Ukrayna bunu Luqansk, Krım, Donbasla keçmişdi. Amma məlum oldu ki, keçmiş hələ yekun demək deyil. Sürprizlər gözlənilir. Bu gün heç kimin ağlına gəlməzdi ki, Kiyevi vuracaqlar, Ukraynanın ən böyük şəhələrlərinə birbaşa müdaxilə olunacaq. Söhbət Luqansk və Donetskdən gedirsə, başa düşüləndir. Uzaqbaşı ehtimal olunan o idi ki, Donetks Ukraynanın nəzarətdə olan hissəsini guya Donetsk Xalq Respublikası tələb edəcəkdi ərazi bütövlüyünü bərpa etmək adı ilə, ya da Luqanskda. O əraziləri götürəcəkdi. Amma bir ölkənin paytaxtına qoşunları salıb, orada legitim hakimiyyəti devirmək niyyətini bəyan etmək və mülki əhaliyə qarşı bu cür qıddarlıq nümayiç etdirmək müəyyən problemlər yaradır və nəticələri olacaq”. F.Mustafa eyni zamanda qeyd edib ki, Rusiyaya qarşı iqtisadi və digər başqa sanksiyalar olacaq. Onun sözlərinə görə, Rusiya bunu gözə almadan belə bir addımı atmazdı: “Əsas məsələ odur ki, Ukraynanı bütün dünya dəstəkləyir. O mənada bizi dəstəkləyən daha az idi. Ermənisanla, işğalçı ilə bizim aramızda bərabərlik işarəsi qoyurdular. Amma Ukrayna ilə vuruş nüvə silahının istifadəsinə gətirib çıxarırdı. Rusiya bugünkü prosesə Çinə arxalanaraq atırdı”. F.Mustafa hesab edir ki, Ukrayna bu məsələdə Qərbin onu müdafiə edəcəyinə sadəlövhcəsinə inandığını göstərdi: “Bu, artıq 1-2 ay öncə, 3 gün öncə proqnozlaşdırılmalıydı. Amerika, Avropa qoşun göndərməyəcəyini öncədən demişdi. Artıq bu istiqamətə yönəlik addım atılması gərəkirdi. Görünür, müəyyən dərəcədə tam da inanmadı ki, Rusiya bu dərəcədə açıq müdaxilə edər”. Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiz. #xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə
Veriliş:
Tv Musavat
Kateqoriyalar:
News & Politics

