Videonun müddəti: 7:01 Baxış: 756 Əlavə edilib: 2021.12.14
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Dönərxanalarda niyə zəhərlənirik? - REPORTAJ

TV Müsavat mobil tətbiqləri artıq hər iki platformada... Canlı yayımlarımızı vaxtında izləmək üçün proqramı telefonunuza yükləyin. Veriliş başlayan zaman sizə bildiriş gələcək və daxil olub rahat izləyə, şərh yaza və paylaşa biləcəksiniz. Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US iOS üçün: https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460 Məlum olduğu kimi ötən gün “28 Mall” ticarət mərkəzinin yaxınlığında yerləşən “Dönər Market”dən dönər alan 8 nəfər zəhərlənib. Zəhərlənənlərdən biri qadın, 7-si kişi olub. Daxili İşlər Nazirliyi (DİN) məsələ ilə bağlı cinayət işinin başladığını bildirib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) də dönərdən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başladığını açıqlayıb. Qeyd edək ki, dönərdən zəhərlənmə bir daha küçədə satılan və təəssüf ki, hər gün minlərlə adamın, xüsusilə gənclərin yediyi “ucuz dönər” mövzusunu gündəmə gətirir. Dönərxanalarla bağlı xüsusi qaydalar tətbiq edilsə də, bunlara nə nəzarət, nə də icra edən var. Xüsusilə təhsil müəssisələrinin, adamların gur olduğu metrostansiyaların giriş-çıxışında hər gün minlərlə adam belə “zəhərlənir”. Şərt o deyil ki, həmin adamlar xəstəxanaya yerləşdirilsin və ya zəhərlənmə kütləvi qeydə alınsın. Faktiki mal ətinin kilosunun 11 manat olduğu halda dönərin 1-1.50 qəpiyə satılması artıq bu “məhsulun” hansı keyfiyyətdə olduğundan xəbər verir. Daha bir məsələ, bir neçə il öncə toyuq əti ilə dönər faktiki qadağan edilmişdi, amma indi hər yerdə belə dönərlər satılır. Belə olduqda məsuliyyəti kim daşıyır? Musavat TV-nin əməkdaşları mövzu ilə bağlı videosüjet hazırlayıb. Həmin süjetə aşağıdakı linkdən izləyə bilərsiniz: Kanala abonə ol : https://www.youtube.com/TVmusavat Email: [email protected] Kanala baxdığınız üçün təşəkkürlər
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics