Videonun müddəti: 0:59 Baxış: 2.0K Əlavə edilib: 2021.12.10
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Məhkəmə zalında jurnalisti yumruqladılar

TV Müsavat mobil tətbiqləri artıq hər iki platformada... Canlı yayımlarımızı vaxtında izləmək üçün proqramı telefonunuza yükləyin. Veriliş başlayan zaman sizə bildiriş gələcək və daxil olub rahat izləyə, şərh yaza və paylaşa biləcəksiniz. Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US iOS üçün: https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460 #jurnalistdöyüldü #məhkəmə #xəbər #xeber #tvmusavat Novxanıda “Range Rover”lə 4 nəfərin ölümünə səbəb olan iş adamı Elşad Kəlbəliyevin məhkəmə prosesini işıqlandırmaq üçün məhkəmə binasında olan əməkdaşımız İlkin Muradov hücuma məruz qalıb. Bu barədə əməkdaşımız özü xəbər verib. Onun sözlərinə görə, Elşad Kəlbəlıyevin qohumu olan Nicat Məmmədov adlı şəxs məhkəmə zalında ondan kim olduğunu soruşub, əməkdaşımız ona izahat verməyə borclu olmadığını deyib və əvəzində həmin şəxsin təhqirləri ilə üzləşib. Daha sonra müttəhimin qohumu elə məhkəmə binasındaca jurnalistə fiziki təzyiq göstərmək istəyib. "O, məhkəmə koridorunda yumruq atdı. Sonra məhkəmə binasının önündə də davam etdi. 25 dəqiqədir "102"-yə məlumat vermişəm", - İlkin Muradov qeyd edir. Ümidvarıq ki, cinayətlərin mühakimə olunduğu binada cinayət törətmək təşəbbüsü göstərən, jurnalistin peşə fəaliyyətinə əngəl yaratmağa çalışan şəxs layiqli cəzasını alacaq. Kanala abonə ol : https://www.youtube.com/TVmusavat Email: [email protected] Kanala baxdığınız üçün təşəkkürlər
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics