Videonun müddəti: 3:08 Baxış: 875 Əlavə edilib: 2021.11.30
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Düz bir il sonra! Yenidən açılır!

“Nargis” Fondun təşkilatçılığı və dəstəyi ilə Fəvvarələr meydanında “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası uzun fasilədən sonra yenidən baş tutacaq. Hər il Yeni ilin gəlişi ilə bağlı ənənəvi keçirilən tədbir 2019-cu ilin sonu - 2020-ci ilin əvvələrində pandemiya səbəbindən dayandırılmışdı. Ölkəmiz hələ də pandemiyanın cəngindən xilas ola bilmədiyini nəzərə alsaq, bu ilki xeyriyyə yarmarkasında yoluxma əleyhinə xüsusi tədbirlərin görülməsi gözlənilir. Yeni il şənlikləri zamanı xüsusi karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarətin gücləndirilməsi ilə bağlı dünən Operativ Qərargahın keçirdiyi iclasda da bu məsələyə xüsusi toxunulub. Musavat Tv olaraq biz də yarmarkanın keçiriləcəyi məkana yollandıq. Yarmarkanın keçiriləcəyi ərazidə son hazırlıq proseslərin aparıldığının şahidi olduq. "Nargis" Fondunun əməkdaşları sabah keçiriləcək tədbirlə bağlı məlumat verib. Onlar Dekabrın 1-dən Yanvarın 15-nə kimi təşkil olunacaq tədbirdə yoluxma sayının atmaması məqsədiylə nəzarətin gücləndirdiklərini və xüsusi karantin qaydalarına tam əməl edən şəxslərin yarmarkaya girişinə icazə verəcəklərini bildiriblər. Burada Yeni il ilə bağlı müxtəlif əyləncəli proqramlar, konsertlər nümayiş olunacaq. Həmçinin paytaxt sakinləri və gələn qonaqlar üçün burada suvenirlər, kitablar, geyim və şirniyyat satışı nəzərdə tutulub. Qeyd edək ki, xoş ənənəyə çevrilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasından toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə və əməliyyatına yönəldiləcək. Daha ətraflı videoreportajımızda izləyə bilərsiniz. Kanala abonə ol : https://www.youtube.com/TVmusavat Email: [email protected] Kanala baxdığınız üçün təşəkkürlər
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics