Videonun müddəti: 1:04:19 Baxış: 252 Əlavə edilib: 2022.11.25
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Əliyev elan etdi: Bu görüş baş tutmayacaq! – o zaman MÜHARİBƏ? – Natiq Cəfərli ilə “Canlı debat”

Ermənistanın Baş naziri Nikol Paşinyanla dekabrın 7-də Brüsseldə keçirilməsi planlaşdırılan görüş baş tutmayacaq.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlı beynəlxalq konfransında çıxışı zamanı deyib.

“Brüsseldəki görüş dekabrın 7-də baş tutmalı idi. Amma dünən Hikmət Hacıyev mənə Şarl Mişelin ofisindən onunla əlaqə saxlandığını bildirdi və dedi ki, Ermənistanın Baş naziri Nikol Paşinyan görüşə yalnız Fransa Prezidenti Makronun iştirak edəcəyi təqdirdə razıdır. Bu o deməkdir ki, bu görüş baş tutmayacaq”, - Prezident bildirib.

Nələr baş verir? Bu açıqlama növbəti antiterror əməliyyatlarının olacağına işarədir? Sülh olmayacaqsa…müharibə olacaq?
Kateqoriyalar: Canlı debat