Videonun müddəti: 57:48 Baxış: 191 Əlavə edilib: 2022.11.24
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Putin İrəvana gəldi, Ermənistan QARIŞDI! - Professor Qabil Hüseynli ilə CANLI

İrəvanın “Azadlıq” meydanında “KTMT-yə yox, KTMT-dən çıx” şüarı ilə aksiya keçirilir. Aksiya iştirakçıları KTMT-nin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə heç bir aydın qiymət vermədiyini bildirirlər.

“Biz KTMT-dən təhlükəsizlik yox, Azərbaycana siyasi dəstək almışıq. Əldə etdiyimiz nəticə budur ki, ən azı Rusiya və Belarus Azərbaycanı siyasi cəhətdən dəstəkləyir, digər dövlətlər isə konkret olaraq başqa heç bir iş görmürlər. Hesab edirəm ki, KTMT-dən, Avrasiya İqtisadi Birliyindən çıxmalıyıq. Vladimir Putin və Aleksandr Lukaşenkonun Ermənistana ayaq basmağa haqqı yoxdur” – “Məlumatlı Vətəndaşlar İttifaqı” QHT-nin təsisçisi Daniel İoannisyan bildirib.

Anti-Rusiya fikirli tanınmış sima Tiqran Xzmalyan həbs edilib. Eyni zamanda, polisin mətbuat xidməti daha 4 nəfərin saxlanıldığını açıqlayıb.

İrəvanda Ermənistan Avropa Partiyasının lideri Tiqran Xzmalyan saxlanılıb. Ermənistan mətbuatı yerli polisə istinadən məlumat yayıb. Ondan başqa daha 3 nəfərin həbs olunduğu bildirilir. T.Xzmalyan İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinə qarşı etiraz aksiyası təşkil etmək istəyərkən saxlanılıb. Onlara qarşı İnzibati Xətalar Məcəlləsinin 182-ci (“Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq”) maddəsi ilə ittiham irəli sürülüb.
Kateqoriyalar: Həftə içi