Videonun müddəti: 1:03:58 Baxış: 186 Əlavə edilib: 2022.11.23
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Putin Ermənistanda! Paşinyan Azərbaycana qarşı cəbhə yaradır? – Elxan Şahinoğlu ilə “Canlı debat”da

Rusiya vaxtı ilə Ukraynada tətbiq etdiyi sonu müharibə gətirib çıxaran təhlükəli ssenarisini deyesən Qarabağda təkrarlamağa cəhd edir.

Belə ki, Ukraynanın Donetsk və Luqanks vilayətlərində rusiyalıları qorumaq adı ilə separatizmi dəstəkləyən Rusiya sonda onların əli ilə ölkəni parçalamağa başladı.
Son günlər sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycan torpaqlarıında da, bu ölkə eyni addımları atır. Erməni kilsələrini bərpa edir, rus dilli məktəblər açır, rus mərkəzləri yaradır, rusiyalı məşhurlara heykəllər qoyur, əli silahlı separatçıların təxribatlarına göz yumur, hətta yayılan son məlumata görə, rus oğlanlarını erməni qızlarla evlənməyə təşviq edir.

Bu gün KTMT-nin toplantısında Rusiya prezidenti Vladimir Putin Bakıya hansı mesajları verəcək? Azərbaycan prezidenti İlham Əliyevin son Vardanyan mesajlarından sonra Rusiya prezidentinin həmləsi necə olacaq? Görüş öncəsi erməni təxribatları nədən xəbər verir? Paşinyan KTMT-ə nə kimi əhval-ruhiyyə ötürmək istəyir?
Kateqoriyalar: Canlı debat