Videonun müddəti: 46:35 Baxış: 180 Əlavə edilib: 2022.11.23
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Paşinyandan ŞOK qərar: separatçı ordunu çıxarır, Xankəndidə qarışıqlıq - CANLI

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma “Dağlıq Qarabağ Respublikası”nda müdafiə ordusuna ehtiyac qalmaması ilə bağlı fikirləri erməni cəmiyyətində ajiotaj yaradıb. Ermənistan mediası mövzu ətrafında qondarma qurumun “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyana sorğu göndərib. Sorğuya cavab olaraq V.Balasanyan bunları bildirib:

"Silahlı qüvvələriniz buraxılmayacaq. Əksinə, ordunun müasir şəraitə uyğunlaşdırılması üçün struktur dəyişiklikləri aparılıb. Biz belə bir təkliflə çıxış etməmişik. “Artsax Respublikası”nın hərbi-siyasi hakimiyyətinin vahid nöqteyi-nəzəri silahlı qüvvələri nəyin bahasına olur-olsun, qoruyub saxlamaq, onları texniki cəhətdən müasir vasitələrlə təchiz etmək və döyüş tapşırıqlarını yerinə yetirən silahlarla təmin etməkdən ibarətdir".

Hazırda Kremlin əsas planı Ukraynanın tam olaraq enerji mənbələrini sıradan çıxarmaq, onları XVI əsrdə olduğu kimi yaşamağa vadar etməkdir. Tanınmış rusiyalı teleaparıcı Vladimir Solovyov öz verilişinin (“Vladimir Solovyovla axşam”) efiri zamanı deyib.
“İkinci növbədə Dnepr üzərindən keçən bütün körpülər hədəf alınacaq. Onlara raket zərbələri endiriləcək. Bu, Ukrayna ordusunun təchizatını, kommunikasiyanı sıfıra endirəcək. Sonra Avropadan Ukraynaya uzanan yeraltı dəmir yolu tuneli də məhv ediləcək. Artıq bu prosesə start verilib. Biz bunu 8 aydır ki deyirdik, nəhayət, Kreml bu plan üzrə hərəkət etməyə başladı”, - deyə o qeyd edib.

Müharibədən əvvəl Rusiya Ukraynanın təxminən 17.000 kvadrat mil ərazisinə nəzarət edirdi. Müharibənin dördüncü həftəsinin sonunda Rusiya təxminən 51.000 kvadrat mil və ya Ukraynanın 22 faizini işğal etmişdi. Noyabrın 17-nə olan məlumata görə, Rusiya əsasən şərq və cənub ərazilərdə olmaqla Ukraynada 40 mil kvadrat mil əraziyə nəzarət edir. Bu, Ukraynanın təxminən 17 faizi edir. Sözügedən göstərici aprel ayından bəri Moskvanın nəzarət etdiyi ən kiçik ərazi faizidir.


TVMusavat-ın canlı efirində politoloq Vaqif Hüseynlə son hadisələri müzakirə edirik.
Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Həftə içi