Videonun müddəti: 1:08:16 Baxış: 174 Əlavə edilib: 2022.11.22
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Azərbaycanda Rusiya casuslarının həbsinə START verildi – şok detallar Tural Abbaslı ilə Canlı debat

Tanınmış iş adamı Fərhad Əhmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Bir neçə gün öncə iş adamının Bakı, Göyçay və İsmayıllı rayonlarındakı obyektlərində axtarışlar aparılıb. Axtarışlar zamanı milyarder Fərhad Əhmədov Rusiyaya casusluq etməkdə şübhəli bilindiyi üçün saxlanılıb.

Hadisə ilə bağlı hələlik heç bir rəsmi açııqlama verilməyib.

Xatırladaq ki, Fərhad Əhmədovun Azərbaycandakı əsas sərvəti Göyçaydakı “Aznar” meyvə şirəsi zavodudur. İş adamı 2022-ci il üçün "Forbes"də rusiyalı milyarderlərin siyahısında 1,7 milyard dollar sərvəti ilə 49-cu yeri tutur.

Fərhad Əhmədov 2022-ci ilin aprelində Avropa İttifaqı və Böyük Britaniya tərəfindən sanksiyalara məruz qalan rusiyalı zənginlərin siyahısında yer alır.

Rusiya Prezidenti Vladimir Putinin səfəri ərəfəsində erməni qərbpərəstlər, daha doğrusu Nikol Paşinyanın əlaltıları arasında sözlə ifadə olunmayan isteriya yaranıb. Hər yerdə və bacardıqca tez-tez Putini etiraz aksiyaları ilə qarşılamağa, rus mədəniyyətinə aid heykəlləri dağıtmağa dair fikirlər səsləndirirlər. “KTMT düşməndir” başlığı ilə materiallar yayırlar.
Bu barədə “Hraparak” məlumat yayıb. “Aksiyaya çağırış edənlər noyabrın 23-də Azadlıq meydanına toplaşacaqlarını qeyd edirlər. Paşinyan tərəfdarları KTMT üzvlərini, xüsusilə də Putini İrəvanda etirazlarla qarşılamağı erməni xalıq üçün ləyaqət məsələsi hesab edirlər”, - məlumatda deyilir.

Putinin İrəvan səfərindən nə gözləməli? Azərbaycan əleyhinə hansısa qərar verilə bilərmi? Sülh sazişinə gedən yolda yeni maneələr və ya yeni cığır?
Kateqoriyalar: Canlı debat