Videonun müddəti: 41:55 Baxış: 183 Əlavə edilib: 2022.11.21
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Putinin adamından DƏHŞƏTLİ üsyan: BU CİNAYƏTDİR... - CANLI

Noyabrın 16-da Təbrizdə etiraz aksiyaları zamanı öldürülən Əli İraqinin ailəsinə təzyiqlər var. Təhlükəsizlik qüvvələri onun ölüm səbəbinin bədbəxt qəza kimi təqdim edilməsini tələb ediblər.

Bu barədə məlumat verən Əli İraqinin ailəyə yaxın şəxslər təbrizli gəncin aksiya zamanı güllələndiyini və qanitirmə nəticəsində öldüyünü bildirirlər. Dəfn üçün İraqinin cənazəsinin ailəsinə məsələni ictimailəşdirməmək şərti ilə təhvil verildiyi qeyd edilir.
“Mən burda deyilənlərlə razı deyiləm. Buna ehtiyac yoxdur. Bu, konstruktiv deyil. Dinc şəhərləri bombalamaq cinayətdir”.

Bunu Rusiya hakimiyyətinin ən qızğın və ən riyakar təbliğatçılarından biri sayılan Vladimir Solovyovun verilişində israilli hərbi ekspert, politoloq Yakov Kedmi deyib.

Qeyd edək ki, Solovyovun verilişlərinin tez-tez qonağı olan Kedmi Kremlin “əcnəbi təbliğatçılarından” biri sayılır və o da Putinin Ukraynaya qarşı başlatdığı işğalçılıq müharibəsinin qızğın tərəfdarlarındandır.

Lakin israilli ekspert bəzən obyektiv mülahizələr yürütməsi ilə də tanınır və buna görə hərdən onunla Solovyovun arasında veriliş zamanı mübahisələr də yaşanır. Belə mübahisələr hər nə qədər əvvəlcədən icazə verilmiş və ya razılaşdırılmış səhnəciklər təsiri bağışlasa da, çox zaman burada deyilən fikirlər müəyən dərəcədə həqiqəti də əks etdirir.

Kedmi son verilişdə Solovyovun etirazlarına baxmayaraq, bildirib ki, Rusiyanın Ukraynanın dinc şəhərlərini bombalaması cinayətdir və bu, döyüş meydanında rus ordusuna heç nə qazandırmayacaq:

“Kiyev və Xarkov yer üzündən silinməlidir” kimi sözlər deyilməli deyil. Xüsusilə də Rusiyada. Müharibələr tarixində heç zaman olmayıb ki, dinc şəhərin, mülki əhalinin bombalanması döyüş meydanında hansısa nəticələr versin. Heç bir müharibədə belə şey olmayıb...”

TVMusavat-ın canlı efirində aparıcı Emil Salamoğlu Ankara universitetinin professoru Toğrul İsmayılla İran, Rusiya və Türkiyə gündəmini dəyərləndirir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Gündəm