Videonun müddəti: 41:56 Baxış: 186 Əlavə edilib: 2022.11.21
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Putin İrəvanda Azərbaycan əleyhinə sənəd imzalayacaq? – detallar Elxan Şahinoğlu ilə “Canlı debat”da

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (MTMT) üzv dövlətlərin liderlərinin noyabrın 23-də İrəvanda toplantısı olacaq. Ukraynaya qarşı işğalçı müharibə başlayandan bəri xarici səfərlərə çıxmayan, hətta “böyük iyirmilərin” toplantısına qatılmayan Rusiya prezidenti Vladimir Putin İrəvandakı toplantıda iştirakını təsdiqləyib. Çünki “böyük iyirmilərin” İndoneziya toplantısından fərqli olaraq Ermənistanda toplaşanlar Rusiyanın tərəfdaşlarıdır və Ukrayna müharibəsini dilə gətirməyəcəklər.


Politoloq Elxan Şahinoğlu Rusiya prezidenti Vladimir Putinin İrəvana səfərini şərh edərkən deyib ki, Putin İrəvana getmədən öncə Azərbaycan və Türkiyə prezidentləri ilə telefonla danışıb: "Kreml sahibinin Qarabağ siyasəti Azərbaycanın maraqlarına zidd olsa da, Ruben Vardanyanı Xankəndiyə göndərib Bakı ilə təmaslara başlamaq üçün təşviq etsə də, Putinin İrəvanda Ermənistanın Azərbaycan əleyhinə mövqeyini dəstəkləyəcək sənədə imza atması ehtimalı yüksək deyil. O, bunu edərsə Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurmuş olacaq".

"Ermənistanın baş naziri Nikol Paşinyan əlindən gələnə edəcək ki, İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycan əleyhinə bəyanat qəbul etsin. Böyük ehtimalla bu alınmayacaq. Rusiya bir yana təşkilatın üzvü olan Qazaxıstan, Qırğızıstan və Belarus da Azərbaycan əleyhinə sənədə səs verməyəcəklər. Bu sənədin qəbul edilməməsi Nikol Paşinyanın kefini pozmayacaq, əksinə erməni cəmiyyətinə bir daha deyəcək ki, “gördünüz KTMT bir işə yaramır, Ermənistanın maraqlarını qorumur, bəxtimizi başqa istiqamətlərdə axtarmalıyıq”, - politoloq Elxan Şahinoğlu vurğulayıb.
Kateqoriyalar: Canlı debat