Videonun müddəti: 42:01 Baxış: 118 Əlavə edilib: 2022.11.21
Pinterest
LinkedIn
WhatsApp
Telegram

İran ÇALXALANIR: qətllər, binalara od vurulur, admiralın ŞOK istefası - CANLI

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" qüvvələrinin komandiri İsmail Qaani Bağdada etdiyi səfərdə İraqın şimalında yerləşən kürd silahlı qruplaşmalarına qarşı hərbi əməliyyatlar keçiriləcəyi barədə xəbərdarlıq edib. O, bildirib ki, İraq hökuməti bu ölkənin şimalındakı Kürdüstan muxtar bölgəsində yerləşən kürd silahlı təşkilatlarını tərki silah etməsə SEPAH-ın quru qoşunları hərbi əməliyyatlara başlayaya bilər.
İraqın prezidenti, baş naziri və şiə cərəyanlarının rəhbərləri ilə görüşən SEPAH rəsmisi Bağdad ökumətindən İraq Kürdüstanı ilə İran sərhəddində iraqlı əsgərlərin yerləşdirilməsini tələb edib.

"Assoşieyted press" xəbər agentliyi İraq və kürdüstan bölgəsinin bir neçə rəsmisinə istinadən İsmail Qaaninin bu təhdidinin nə dərəcədə ciddi olub-olmadığını, ancaq bunun İraqı çətin vəziyyətə saldığını yazıb.

Rəsmi Badad SEPAH komandirinin iddialarını sübut edə biləcək heç bir dəlilin olmadığını bildiriblər.

İran İslam Respublikasının hakimiyyət orqanları İraq Kürdüstanında yerləşən kürd partiyalarını dəfələrlə etiraz aksiyaları təşkil etməkdə və İran ərazisinə qaçaqmalçılıq yolu ilə silah keçirməkdə ittiham edib.

Kürd partiyaları bu ittihamları rədd etməklə yanaşı İranın ictimai rəyi hazırda hökumət əleyhinə keçirilən etirazlardan yayındırmağa çalışdığını deyirlər.
Sosial şəbəkələrdə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi admiral Əli Şamxaninin istefa verdiyinə dair məlumatlar verilir.
Xəbər molla rejiminin kütləvi aksiyaları güc yolu ilə, çoxlu sayda insanı öldürməklə və həbsə atmaqla yatırmaq cəhdlərinin boşa çıxması fonunda yayılıb. Lakin “Azad İran” “Telegram” kanalının məlumatına görə, Ali Milli Təhlükəsizlik Şurasının rəsmi media orqanı olan “Noor News” saytı Əli Şamxaninin istefa xəbərini təkzib edib.
Kateqoriyalar: Gündəm