Videonun müddəti: 53:39 Baxış: 128 Əlavə edilib: 2022.11.18
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Xankəndidə növbəti TƏXRİBAT: dekabrın 22-nə kimi... – Pənah Hüseynlə CANLI

Qarabağda müvəqqəti yerləşmiş Rusiya “sülhməramlı” kontingentin çətiri altına sığınan, üstəlik Fransa kimi qatı ermənipərəst dövlətlərin mənəvi-siyasi dəstəyindən ruhlanan və özlərini cəzası his edən separatçı ünsürlərin Azərbaycan əleyhinə “dövlətcik” oyunu davam edir. Cəmi 20 min erməninin yaşadığı “Şeytan yuvası”nda indi də “konstitusiya islahatları”na şıdırğı hazırlıq gedir.

Erməni nəşri “Hraparak” bu xüsusda yazıb: “Artsax”da “konstitusiya” ilə bağlı “referendum” keçirməyə tələsirlər. Əvvəlcə “referendum”un gələn ilin yazında təyin edilməsi nəzərdə tutulurdu, lakin son günlərdə vəziyyət dəyişmiş kimi görünür və “konstitusiya referendumu”nun tarixini ilin sonunadək, dekabrın 20-dən dekabrın 22-nə kimi təyin etmək əhval-ruhiyyəsi var”.

Qəzet daha sonra qeyd edib :“Dünən “artsax parlamenti”nin növbədənkənar iclası keçirilib, onun gündəliyində “Ailə Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” və “referendum haqqında” qanuna dəyişikliklər edilməsi haqqında” qanun layihələri olub.
Layihə 44 günlük müharibədən sonra Ermənistana köçmüş məcburi köçkünlər və “Artsax” sakinləri üçün referendumda iştirak etmək imkanı verir. Yəqin ki, Ermənistanda vahid seçki məntəqəsi fəaliyyət göstərəcək və o, Ermənistandakı “artsax”ın operativ qərargahında yerləşəcək”.

Məlumatlara görə, iclasında “seçki məcəlləsinə dəyişiklik və əlavələrin edilməsi” təşəbbüsü də irəli sürülüb. Nəticədə separatçı anklavda “seçkilər”də səsvermə hüququ “təkcə qeydiyyat yerində deyil, həm də yaşayış yeri üzrə” veriləcək. O halda nə vaxtsa Qarabağda yaşamış, lakin oranı tərk etmiş ermənilər də səsvermədə iştirak edə biləcəklər.

Daha bir məkrli hədəf də elə budur: separatçı liderlər “səs verənlərin” sayının Qarabağdakı ermənilərin faktiki sayından qat-qat çox olduğunu iddia edəcəklər.
“Hraparak” onu da bildirir ki, “referendum”dan sonra “artsax”da “parlament” və “prezident” seçkiləri ayrıca keçiriləcək: “Gələn ilin 1-ci yarısında “parlament”, 2024-cü ildə isə “prezident” seçkiləri olacaq”.

Əlbəttə ki, Azərbaycan dövləti bu seçki tamaşalarına göz yumsa. Təbii ki, belə şey olmayacaq. Separatçıların ağlı yəqin özlərinə, bir də Rusiya hərbi kontingentinə və Qərbdəki havadarlarına gedib.
Kateqoriyalar: Həftə içi