Videonun müddəti: 33:02 Baxış: 147 Əlavə edilib: 2022.11.18
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Rus qərargahı darmadağın oldu, 100-dən çox ölü... Polşa müharibəyə girir - CANLI

Ukrayna ordusu rus hərbçilərinin Melitopol şəhərindəki qərargahına zərbələr endirib. Ukrayna Baş Qərargahı məlumat yayıb. “Dəqiq məlumata əsasən, noyabrın 15-də hərbçilərimiz rus ordusunun Melitopoldakı qərargahını darmadağın ediblər. Bundan başqa ordumuzun Zaporojye vilayətinin Konskie Rozdorı, Vladovka və Blaqoveşenka yaşayış məntəqələri ərazilərində keçirdiyi əməliyyatlar nəticəsində iki silah-sursat anbarı, iki BM-21 Qrad qurğusu və bir S-300 zenit-raket kompleksi məhv edilib”, - məlumatda qeyd olunub. Məlumata görə, 100-dən çox ölən və yaralanan var.

“Taxıl sazişi” 120 gün müddətinə uzadılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, Türkiyənin ev sahibliyi ilə həyata keçirilən dördtərəfli danışıqlar çərçivəsində, Türkiyə, BMT, Rusiya Federasiyası və Ukrayna arasında qəbul edilən qərarla Qara dəniz Taxıl Dəhlizi Anlaşması 19 noyabr 2022-ci il tarixindən etibarən 120 gün müddətinə uzadılıb.
Kateqoriyalar: Həftə içi