Videonun müddəti: 45:58 Baxış: 180 Əlavə edilib: 2022.11.17
Pinterest
LinkedIn
WhatsApp
Telegram

BAŞLANDI: Polşaya qırıcılar gedir, NATO-Rusiya toqquşması alovlanır - CANLI

Almaniya Polşaya Bundesver qüvvələri tərəfindən hava patrulu xidməti təklif edəcək. Bu sözləri Almaniya Müdafiə Nazirliyinin sözçüsü Kristian Tils deyib.

“Polşadakı hadisələrə təcili cavab olaraq, biz Polşaya “Eurofighters” hava patrullarının artırılmasını təklif edəcəyik. Əgər Polşa istəsə, bunu sabah da edə bilərik. Bunun üçün qırıcıların yenidən yerləşdirilməsinə ehtiyac yoxdur, patrullar Almaniyanın hava bazalarından aparıla bilər”, - o bildirib.

"Polşaya Ukraynaya məxsus S-300 sistemlərinin elementləri düşüb. Rusiya Müdafiə Nazirliyindən bildirilib. Əlavə olunub ki, mütəxəssislər Polşadakı partlayış yerindən çəkilmiş görüntülərdə raket parçalarının Ukraynaya məxsus S-300-ün elementləri olduğunu müəyyən ediblər. Qeyd edək ki, dünən Polşanın Ukrayna ilə sərhəddə yerləşən Pşevoduv yaşayış məntəqəsinə raket düşüb, nəticədə iki nəfər ölüb. Polşa məlum insidentin baş verməsində Rusiyanı günahlandırıb.

TVMusavat-ın canlı efirində aparıcı Emil Salamoğlu politoloq Vaqif Hüseynlə NATO-Rusiya gərginliyini müzakirə edir.
Kateqoriyalar: Həftə içi