Videonun müddəti: 1:09:22 Baxış: 152 Əlavə edilib: 2022.11.17
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Polşaya raket zərbəsi ilə dünya savaşı… - Medvedyev açıqladı – Üzeyir Cəfərovla “Canlı debat”

Noyabrın 15-də axşam saatlarında Ukrayna ilə sərhəddə yerləşən Polşa ərazisinə iki raketin düşməsi dünya müharibəsi ehtimalını artırır. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib. “Ukraynanın Polşa fermasına “raket zərbəsi” vurması hekayəsi yalnız bir şeyi sübut edir: Qərb Rusiya ilə hibrid müharibəsi ilə dünya müharibəsi ehtimalını artırır”, - Medvedev bildirib.
Qeyd edək ki, 15 noyabrda Polşaya düşən iki raket nəticəsində 2 mülki şəxs həlak olub. Raketlərin Rusiyadan atıldığı ehtimalı hələ təsdiqlənməyib.
Rusiyanın bu sözü nədən xəbər verir? Polşaya raket zərbəsi dünya müharibəsinə səbəb ola bilərmi?
Kateqoriyalar: Gündəm