Videonun müddəti: 50:02 Baxış: 158 Əlavə edilib: 2022.11.17
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Parlamentdə GƏRGİNLİK - Fransa və İranla bağlı SƏSLƏR yüksəldi - Heydər Oğuzla "Canlı debat"

İranın imkanları ABŞ-da düşmənçilik əməliyyatlarını inkişaf etdirməyə imkan verir.
ABŞ Daxili Təhlükəsizlik Departamentinin rəhbəri Alexandro Mayorkas deyib.
“Onun imkanlarını nəzərə alaraq, İran az və ya heç bir xəbərdarlıq etmədən ABŞ-ı hədəf alan hücum planını irəli sürə bilər”, - o bildirib.
Mayorkas qeyd edib ki, İran ABŞ üçün daimi təhlükə yaradır.

“Sahibə xanım, xahiş edirəm ki, sabah bir saatlıq imkan yaradasınız ki, iclas keçirilsin, deputatlar Fransa və İranın Azərbaycana qarşı düşmən siyasətinə dair fikirlərini ifadə etsin”. Bunu parlamentdə çıxış edən Fəzail Ağamalı təklif edib.

O qeyd edib ki, bir saatlıq müzakirələrdən sonra müvafiq bəyanat qəbul oluna bilər.
Rusiya tərəfindən atıldığı deyilən raketlərin Polşaya düşməsi səbəbi nə olursa-olsun, çox təhlükəli hadisədir. Hər şeydən əvvəl hadisənin bütün təfərrüatı ilə araşdırılması lazımdır.

Bu sözləri Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib.
Professor sülhün əldə olunmayacağı təqdirdə bəşəriyyətin fəlakətə sürüklənə biləcəyini vurğulayıb:

“Çünki Polşa həm AB-nin, həm də NATO-nun üzvüdür. Polşa da raketlərin düşməsini və vətəndaşlarının ölməsini müharibə səbəbi kimi göstərərək kollektiv müdafiə üçün NATO-ya müraciət edə bilər. Əlbəttə ki, baş verən hadisə digər müttəfiq ölkələri, xüsusilə Baltikyanı ölkələri narahat edir. Belə həmlələr və ya hadisələr nəticəsində Ukrayna müharibəsi hazırki sərhədlərindən çıxa və NATO-nun, yaxud dünyanın digər bütün ölkələrinin Rusiya ilə müharibəsinə gətirib çıxara bilər. Ona görə Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik, eyni zamanda sülhün əldə olunması üçün tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması təklifi olduqca vacibdir. Dünya Zaporojye AES ətrafında baş verən hadisələr zamanı ciddi təhlükə ilə üzləşdi, indi isə daha böyük təhlükə ilə qarşı-qarşıya ola bilərik. Sülh üçün danışıqlar dərhal başlamalıdır. Çünki daha böyük və qlobal faciəyə səbəb olacaq müharibənin addım səsləri artıq daha yaxından eşidilməyə başlayıb”.
Kateqoriyalar: Canlı debat