Videonun müddəti: 51:10 Baxış: 218 Əlavə edilib: 2022.11.15
Pinterest
LinkedIn
WhatsApp
Telegram

TƏCİLİ: Ermənistan sərhəddə növbəti təxribata hazırlaşır – Tural Abbaslı ilə “Canlı debat”

Ermənistan Azərbaycanla şərti sərhəddə yeni silahlı təxribata hazırlaşır. Bu barədə Caliber.az-ın hazırladığı materialda bildirilir. Qeyd olunur ki, “Mülki Müqavilə” fraksiyasından olan deputat Armen Xaçatryan parlamentdə jurnalistlərlə söhbətində Ermənistan tərəfində mühəndis-texniki işlər fəal şəkildə davam edir: "Bəzi ərazilərdə işlər artıq tamamlanıb Bu işlər heç də sərhədin delimitasiyası perspektivi ilə şərtlənmir".


"Böyük ehtimalla Ermənistan ordusunun Azərbaycana qarşı növbəti silahlı təxribat törətmək üçün öz mövqelərini fəal şəkildə gücləndirdiyini iddia etmək olar. Ermənistan ərazisində "Aİ-nin qiymətləndirmə missiyası”nın olduğunu nəzərə alsaq, İrəvan avropalılar qarşısında “təcavüz qurbanı” kimi görünmək üçün silahlı toqquşmalara başlamağa hazırdır", - deyə Caliber.az qeyd edir.


Paşinyan da növbəti dəfə həyasız bəyanatla çıxış edib. Bütün bunlar nədən xəbər verir? “Düymə” basıldımı? Proseslər hara doğru gedir?
Kateqoriyalar: Canlı debat