Videonun müddəti: 48:23 Baxış: 179 Əlavə edilib: 2022.11.15
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Ermənilərdən Xankəndi və Xocavənddə NÖVBƏTİ özbaşınalıq: detallar CANLI-da

Rusiya sülhməramlılarının müşayiəti ilə “erməni zəvvarlar” Amaras monastırını ziyarət ediblər.Bu barədə Rusiya sülhməramlılarının Teleqram kanalında dərc olunan məlumatında deyilir.

Məlumatda tarixlə və Azərbaycan əraziləri ilə bağlı ciddi səhvə və təxribata yol verilib. Açıqlamada “orta əsrlərdə mövcud olmuş Ermənistan”, “Dağlıq Qarabağ və burada mövcud olan Martuni rayonu”ndan dan bəhs olunur.

Həmin məlumatda deyilir: “Rusiya sülhməramlı qüvvələrinin hərbçilərinin dəstəyi ilə zəvvarlar Dağlıq Qarabağda, təmas xəttinin yaxınlığında yerləşən qədim Amaras monastır kompleksini ziyarət ediblər.

Yeri gəlmişkən, Ermənistan mətbuatı məlumat yayıb ki, ilk dəfə olaraq Ermənistanın katalikosu II Qareginin “xeyir-dua”sı ilə “Xankəndi kilsəsi”ndə keşiş təyinetmə mərasimi keçiriləcək. Xankəndində baş tutacaq “mərasimdə” Qor Qurcyana keşiş statusu veriləcək.
Maraqlıdır ki, Ermənistan parlamentinin insan hüquqlarının müdafiəsi komitəsinin sədri, deputat Taquhi Tovmasyan Xankəndində olub və qeyri-qanuni səfərdən sonra Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşüb. Deputat səfəri və Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin durumu ilə bağlı rusiyalı səfirə məlumat verib.
Azərbaycanın 32-ci ildir ki, Ermənistanın və bilavasitə separatçı-terrorçu hayk rejiminin işğalında olan və hazırda 3-cü ildir ki, rəsmən Rusiyanın “sülhməramlı” sayılan hərbi kontingentinin nəzarətində qalan Xocavənd şəhərində beşmərtəbəli yaşayış binalarının tikintisi davam edir.

Bu haqda “Haykmedia” məlumat və video-reportaj yayımlayıb. Məlumata görə, hazırda rayon mərkəzinin küçələrindən birində 4 beşmərtəməbəli ev tikilir.

İnşaat işlərinə 2021-ci ilin fevralından başlanıb. Evlərdən biri, demək olar ki, hazırdır digərinin isə dam örtüyü vurulur. Binalarda cəmi 120 üç və dörd otaqlı mənzil olacaq. Binalardan biri 2022-ci ilin sonunda, digərləri isə 2023-cü ildə istifadəyə verilməlidir.
Kateqoriyalar: Həftə içi