Videonun müddəti: 58:29 Baxış: 164 Əlavə edilib: 2022.11.15
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Ukrayna sülh şərtlərini açıqladı – Kamran Həsənli ilə Sevinc Telmanqızı gündəmi təhlil edir

“Ukraynanın sülh formulu dəyişməz olaraq qalır". Bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko feysbukda yazıb. Onun sözlərinə görə, Rusiya öz şərtlərini diktə etmək iqtidarında deyil.

O.Nikolenko həmçinin rəsmi Kiyevin şərtlərini açıqlayıb: “Müharibə dərhal dayandırılmalı, Rusiya qoşunları ölkə ərazisindən çıxmalı, Ukraynanın ərazi bütövlüyü təmin edilməli, dəymiş ziyan ödənilməli və təhlükəsizlik zəmanət verilməlidir”.

Ukrayna XİN-dən bildirilib ki, başqa şərtlər daxilində davamlı sülhə nail olmaq mümkün olmayacaq.

Müharibənin bundan sonrakı gedişi, qüvvələr nisbəti, eləcə də Zelenskinin Xersondakı gövdə nümayişi... Bütün bunlar nədən xəbər verir?

Bu və gündəmdəki digər mövzuları aparıcı Kamran Həsənlinin müəllifi olduğu “Kamranla 1” verilişində aparıcılar Kamran Həsənli və Sevinc Telmanqızı müzakirə edirlər.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Veriliş: Kamranla 1
Kateqoriyalar: Gündəm