Videonun müddəti: 48:42 Baxış: 152 Əlavə edilib: 2022.11.14
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Zelenskidən Putinə göz dağı: Ukrayna lideri Xersonda...CANLI

Noyabrın 13-də İranda onlarla universitetin öyrəncisi aksiya keçirib. Ali təhsil ocaqlarının öyrənciləri yoldaşlarının, müəllimlərin və digər təhsil işçilərinin təqib və həbslərinə, bir çox narazı tələbənin universitetdən uzaqlaşdırılmasına etirazlarını bildiriblər. Tələbələr universitet divarlarına öldürülən etirazçıların adlarını yazıb, antihökumət marşları oxuyublar.

“Haqqımızı almayınca dərslərə qatılmayacayıq”, “Yenə bir öyrənci həbs edilsə, qiyamət qoparacağıq” və s. şüarlar səsləndirən tələbələr dərslərə qatılmaqdan imtina ediblər.
İranın bir neçə şəhərində də gecə saatlarında etiraz nümayişləri davam edib və başda Xamenei olmaqla, hökumət əleyhinə şüarlar səsləndirilib.
Bir neçə şəhərdə “Bəsic” qüvvələrinin yerləşdiyi binalara “Molotov kokteyli” atılıb. Xamenei və Qasım Süleymaninin bannerləri yandırılıb.
Aksiyalar zamanı onlarla etirazçının həbs edildiyi, bir neçə nəfərin xəsarət aldığı qeyd edilib.

İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytı məlumat yayıb. Məlumatda bildirilib ki, İran İslam Respublikası xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycana qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində DTX tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bundan əvvəl də DTX İran agenturasını ifşa etmişdi. Ard-arda bu əməliyyatlar göstərir ki, davamı gələcək və İran agenturasının ölkə ərazisində tamamilə təmizlənməsi prosesi getməkdədir.

Ukrayna Prezidenti Vladimir Zelenski yeni azad olunmuş Xersona səfər edib. Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın cənubundakı Xerson vilayətinin Rusiyanın nəzarətindən yenicə azad edilmiş Xerson şəhərinə səfər edir", "Reuters"in məlumatında qeyd olunub. Ukraynanın Avstriyadakı keçmiş səfiri Aleksandr Şerba da "Twitter" hesabında Prezident Zelenskinin Xersona gəldiyini bildirib.

TVMusavat-ın canlı yayınında “Həftə içi”nin qonağı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə İran gündəmini müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Həftə içi