Videonun müddəti: 57:53 Baxış: 145 Əlavə edilib: 2022.11.14
Pinterest
LinkedIn
WhatsApp
Telegram

İRAN Azərbaycana nota verdi -“Heç kim İranın səbrini zəiflik kimi qəbul etməməlidir" "Canlı debat"

İstanbulun İstiqlal küçəsində partlayışı törədən terrorçular saxlanılmasaydı, bu gün Yunanıstana qaçacaqdılar. APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, terror aktının sifarişçiləri partlayışı törədən şəxsin öldürülməsi ilə bağlı əmr verərək sübutları aradan qaldırmağa çalışıb.

Soylu əlavə edib ki, Türkiyə terror aktı ilə ona mesaj göndərənlərin cavabını verəcək, antiterror əməliyyatını davam etdirəcək.

“ABŞ-ın başsağlığını qəbul etmirik”, - nazir vurğulayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Xersonda səfərdədir. Dövlət başçısı döyüşçülər qarşısında çıxış edəcək.

Qeyd edək ki, noyabrın 11-də Ukrayna ordusu Xersona girmişdi. Bu, işğaldan sonra Zelenskinin həmin əraziyə ilk səfəridir.
Kateqoriyalar: Canlı debat