Videonun müddəti: 52:23 Baxış: 234 Əlavə edilib: 2022.11.13
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Putin üçün QARA CÜMƏ: Ukrayna ordusu Xersonda!!! Professor Qabil Hüseynli ilə CANLI

Rusiya qoşunlarının Dnepr çayının sol sahilinə köçürülməsi başa çatıb. Rusiya Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, bu gün Moskva vaxtı ilə səhər saat 05-də Rusiya qoşunlarının Dnepr çayının sol sahilinə köçürülməsi başa çatıb.

“Dnepr çayının sol sahilinə köçürülmə zamanı sağ sahildə bir dənə də olsun hərbi texnika və silah saxlanılmayıb. Bütün Rusiya hərbçiləri sol sahilə köçürülüb, köçürülmə zamanı Rusiya qruplaşmasında şəxsi heyət, silah, texnika və material itkisi olmayıb” - Rusiya MN-in yaydığı məlumatda qeyd olunub.

Rusiya öz məqsədlərinə nail olduqdan sonra xüsusi hərbi əməliyyatı başa çatdıra bilər. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. “Ukraynadakı münaqişə, bizim fikrimizcə, xüsusi hərbi əməliyyat yalnız öz məqsədlərinə nail olduqdan sonra başa çatdırıla bilər. Yaxud da bunu sülh danışıqları ilə hədəflərə çatmaqla bitirmək mümkündür, lakin bildiyimiz kimi, Ukrayna tərəfinin tutduğu mövqeyə görə sülh danışıqları mümkün deyil”, - Kremlin sözçüsü vurğulayıb.

Ukrayna Silahlı Qüvvələri Şumensk rayonu istiqamətindən Xerson şəhərinə daxil olub. Məlumatı UNIAN yayıb.

Bildirilib ki, Ukrayna hərbçiləri həmçinin Xerson vilayətinin Belozerka, Çaykino və Klapaya yaşayış məntəqələrini də işğaldan azad edib.

TVMusavat-ın “Həftə içi” verilişində professor Qabil Hüseynli ilə Xersonu müzakirə edir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Həftə içi