Videonun müddəti: 52:37 Baxış: 148 Əlavə edilib: 2022.11.11
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Rusiya Müdafiə Nazirliyindən ŞOK məğlubiyyət ETİRAFI: Kamran Həsənli ilə CANLI

Rusiya qoşunları plana uyğun olaraq ciddi şəkildə Dnepr çayının sol sahilində Nikolayev-Krivoy Roq istiqamətində hazırlanmış mövqelərdə manevr həyata keçirir. Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Rusiyanın mart ayının əvvəllərindən bəri işğalda saxladığı Xerson şəhərindən çıxmaq barədə qərarı Ukrayna rəhbərliyi tərəfindən birmənalı qarşılanmır. Belə ki, Kiyevdə bu xəbərə ehtiyatla və şübhə ilə yanaşırlar. Qeyd olunub ki, qoşun bölmələri Dnepr çayının sağ sahilini tərk edərək Nikolayev-Krivoy Roq istiqamətində təsdiq olunmuş plana uyğun olaraq çayın sol sahilində hazırlanmış mövqelərdə manevr edir.

Ukrayna Prezident Ofisinin sözçüsü Mixail Podolyak deyib ki, Rusiyanın məqsədi Xersonu xarabalığa döndərməkdir: “Rusiya Federasiyası Xersonu “ölüm şəhəri”nə çevirmək istəyir. Rusiya hərbçiləri mümkün olan hər şeyi minalayırlar: mənzilləri, kanalizasiyaları. Sol sahildəki artilleriya şəhəri xarabalığa çevirməyi planlaşdırır. “Rus dünyası” bu cürdür: gəldilər, taladılar, bayram etdilər, “şahidləri” öldürdülər, xarabalıqlar qoyub getdilər”.

Rusiya Müdafiə naziri Sergey Şoyqu dünən Ukraynadakı hərbi qruplaşmanın rəhbəri general Sergey Surovikinə qoşunları Xerson şəhəri də daxil olmaqla, Dneprin sağ sahilindən çəkmək barədə göstəriş verib. Bu prosesin bir neçə həftə davam edəcəyi istisna olunmur.

TVMusavat-ın “Kamranla -1” verilişində aparıcı Kamran Həsənli rusların Xerson rəzalətini müzakirə edir.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: News & Politics