Videonun müddəti: 48:27 Baxış: 172 Əlavə edilib: 2022.11.11
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Bayden və Ərdoğandan kritik AÇIQLAMA: Xerson boşaldılır, müharibə bitir - CANLI

Rus qoşunlarının Dnepr çayının sol sahilinə çəkilməsindən sonra Moskva və Kiyev öz yaralarını sarıyacaq, qışda nə edəcəklərini və kompromislərə hazır olub-olmadıqlarını qərarlaşdıracaq. ABŞ Prezidenti Co Bayden deyib. ABŞ prezidenti Xersonu Fəllucə (ABŞ ordusunun İraqa hücumu zamanı qanlı döyüşlərin getdiyi şəhər) ilə müqayisə edib:
“Məsələ onların Fəllucəni tərk edib-etməmələridir. Mən Xerson şəhərini nəzərdə tuturam”, – Bayden bildirib. Bu açıqlama qışda müharibənin bitəcəyi anlamına gəlir.
Rus qoşunlarının Xersondan çıxarılması qərarı müsbət addımdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Türkiyə müharibə edən tərəflər arasında vasitəçilik etməyə davam edəcək:

"Rusiyanın G20-də iştirak edib-etməyəcəyini bilmirəm, iştirak olarsa, orada görüşmək imkanımız olacaq. Rusiya ilə telefon diplomatiyası aparırıq. Ümid edirik ki, vasitəçilikdə uğur qazanacağıq”.

TVMusavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Xersondakı vəziyyəti şərh edir. Professor Qabil Hüseynli də efirə qatılacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Xəbər