Videonun müddəti: 1:07:35 Baxış: 219 Əlavə edilib: 2022.11.10
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Rəşad Dağlının ailə üzvü danışır! Sensasion detallar - “Canlı debat”

BMT Ukraynaya nüvə silahı ilə zərbə endiriləcəyi halda radiasiyanın necə yayılacağı barədə gizli sənəd hazırlayıb. AZfront həmin sənədi BMT-nin ixtisaslaşmış strukturlarından birinin əməkdaşı - Aİ ölkələrindən birinin vətəndaşı olan azərbaycanlıdan əldə edib.

“Hazırda bütün risklər təəssüf ki, yüksək səviyyəyə çatıb. Bu halda biz Ukrayna ərazisində taktiki nüvə silahından istifadə ehtimalının çox olduğunu qeyd edə bilərik", - deyə sənəddə vurğulanır.

BMT-nin məxfi sənədinin müəllifləri xəbərdarlıq edir ki, radiasiya uzaq məsafələrə yayıla bilər.

“Radionuklidlər külək, su və qruntla yayılır. Həmçinin əkinə və ya ev heyvanlarının orqanizminə düşərək, eləcə də yağış, qar, hətta duman vasitəsilə də yayılır”, - deyə bu il aprelin 28-də Cenevrədə nüvə təhlükəsizliyi üzrə keçirilən qapalı konfransdan sonra tərtib edilmiş sənəddə deyilir.

Qeyd edilir ki, bu, nüvə müharibəsi ehtimalının yüksək olduğunu təsdiqləyən nüfuzlu beynəlxalq təşkilatın geniş auditoriyanın çıxışı olan ilk rəsmi sənədidir: "Əgər nüvə zərəbəsi baş verərəsə, Cənubi Qafqaz respublikaları da radiasiyanın yayılması riski ilə üzləşəcəklər. Məsələn, Xersondan Batumiyə düz xətt üzrə məsafə cəmi 900 km, Gəncəyə isə 1200 km-dir".

Tanınmış meyxanaçı Rəşad Dağlının qətl törəməsi ilə bağlı yeni detallar ortaya çıxıb.


Bakupost.az -ın əldə etdiyi məlumata görə, Rəşad Dağlı və qətlə yetirilən İskəndər Mehdiyev arasında münaqişəyə narkotik satanlarla bağlı meyxananın, daha dəqiqi, bu meyxanaya görə ikincinin söyüş söyməsinin səbəb olduğu bildirilsə də, əslində onların arasında münasibətlər bu olaya qədər gərginləşib.

Məlumatlı mənbənin bildirdiyinə görə, uzun illərdir dostluq edən Rəşad və İskəndərin münasibəti pul məsələsinə görə korlanıb. Belə ki, qətldən bir neçə gün öncə İskəndər Rəşaddan 3 min manat pul istəyib. Hətta İskəndərin bu istəyini xahiş yox, tələb kimi irəli sürdüyü və son günlər bu tələbi bir neçə dəfə səsləndirdiyi bildirilir. Rəşadın ona hər dəfə "yox" cavabı verməsi isə İskəndərin xoşuna gəlməyib.


Mənbə onu da bildirdi ki, bundan sonra İskəndər Rəşadın narkotik satanlarla bağlı meyxanasına "ilişib" və onun ünvanına söyüş söyub. Bu isə Rəşadı təbdən çıxaran "son damla" olub və o, İskəndəri qətlə yetirib.
Kateqoriyalar: Canlı debat