Videonun müddəti: 1:02:54 Baxış: 152 Əlavə edilib: 2022.11.10
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Ərdoğandan Paşinyana XƏBƏRDARLIQ - əgər…. – Pənah Hüseynlə Hikmət Babaoğlu “Canlı debat”da

“Ermənistanın Baş naziri Nikol Paşinyanla Praqada görüşmüşəm”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Dedik ki, Azərbaycanla münasibətləri müsbət istiqamətdə aparsanız, Türkiyə olaraq biz də Ermənistanla münasibətlərimizi müsbət istiqamətdə aparacağıq. Amma hələ bunu görmürük. Çünki diaspor fəaliyyət göstərir və prosesə mənfi təsir göstərir”, - Ərdoğan bildirib.

"Rusiya Prezidenti Vladimir Putinlə bir-birimizə qarşı inam olmasaydı, "taxıl sazişi" də bərpa olunmazdı". Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, Rusiya prezidenti ilə aralarında qarşılıqlı hörmətin olduğunu bildirib: "Ona görə də bu nailiyyət əldə edilir və bu prosesi davam etdirik".
Ərdoğan Türkiyənin vasitəçiliyinin davam etdiyini vurğulayıb. O, Rusiyanın Xersonla bağlı verdiyi qərarı müsbət addım adlandırıb: "Rusiya G-20 sammitində təmsil olunarsa, üzbəüz görüş keçirəcəyəm. Əks halda təmasları telefonla davam etdirəcəyəm".

Bu gün eyni zamanda kapitulyasiyanın da ikinci ildönümüdür. Biz bu müddət ərzində niyə lazımi məsafə qət edə bilməmişik? Sülh sazişi hələ də ləngiyir – ermənilərin təxribarlarının arxasınca niyə addımlayırıq?
Kateqoriyalar: Canlı debat