Videonun müddəti: 51:48 Baxış: 185 Əlavə edilib: 2022.11.10
Pinterest
LinkedIn
WhatsApp
Telegram

İran rejimindən DƏHŞƏTLİ qərar: 15 min nəfər ASILACAQ – CANLI

İranda Məhsa Əmininin əxlaq polisi tərəfindən öldürülməsi ilə başlayan etirazlar fonunda İran parlamenti aksiya iştirakçılarıyla bağlı insanlığa sığmayan, sözün həqiqi mənasında, vəhşi bir qətnamə qəbul edib
.
İran parlamenti 290 deputatdan 227-nin səsi ilə təxminən 15 min nəfərin edam cəzasını təsdiqləyib. Onların böpyük əksəriyyəti son etiraz aksiyalarına qatılanlardır. Sözügedən qətnamənin nə vaxt icra ediləcəyi hələlik məlum deyil.

Xəbərdə qeyd oluunur ki, İran rejimi tərəfindən yalnız son etirazlara qatıldığı üçün 14 minə yaxın insan həbs edilib. Bu fakt İran rejiminin Güney Azərbaycanda yaşayan milyonlarla soydaşımız üçün nə qədər təhlükəli olduğunu bir daha ortaya qoyur.
Noyabrın 9-a səhər Rusiya Ukraynanın cənub şərqi Dnepropetrovsk vilayətinə çoxsaylı kamikadze dronları ilə hücum gerçəkləşdirib. Yaralılar var, mülki obyektlərə ziyan dəyib. Bu arada şərqi Donetsk vilayətində və cənubda ağır döyüşlər getdiyi bildirilir.

Vilayət qubernatoru Valentin Rezniçenko Dnepr şəhərində logistika müəssisəsinə zərb endirildiyini, dörd işçinin yaralandığını, onlardan üçünün ağır vəziyyətdə olduğunu deyib. Vilayətdəki Nikopol rayonu isə Qrad raketləri və ağır artilleriya ilə bombardman olunub. Rezniçenkonun sözlərinə görə, fərdi evlərə, fabrikə, elektrik xəttinə ziyan deyib, ancaq əhalidən xəsarət alan olmayıb. 3 min kv metrdən çox ərazidə yanğın söndürülüb.

Rusiya qüvvələri Dnepropetrovsku, xüsusilə Nikopol, Krivorizki və Sinelnik rayonlarını müxtəlif növ silahlardan atəşə tuturlar. Prezident Volodimir Zelenski isə Ukraynanın ağır döyüşlər gedən Donetskdə torpağının bircə santimetrini belə təslim etməyəcəyini deyib. O, əsgərlərə Donbas regionunda mövqelərini saxladığına görə təşəkkür edib. Hazırda Donetskdə əsas döyüşlər Baxmut, Soledar və Avdiyevka şəhərləri ətrafında gedir.

TVMusavat-ın canlı yayınında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə gündəmi dəyərləndiririk.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Həftə içi