Videonun müddəti: 1:09:45 Baxış: 267 Əlavə edilib: 2022.11. 8
Pinterest
LinkedIn
WhatsApp
Telegram

General açıqladı: “Xankəndi məsələsi də həll ediləcək” - Rauf Arifoğlu ilə "Canlı debat"

Şuşa-Laçın yolunda bizim 17 nəfərlik bölməmiz Ermənistanın 200-dən çox hərbi qulluqçusunu məhv etdi. Bunu Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) keçmiş hərbi qulluqçusu, Vətən müharibəsi qazisi Şəmsəddin Qurbanov Report-a açıqlamasında deyib.

Onun sözlərinə görə, oktyabrın 31-də Xocalı rayonunun Sığınaq kəndindən Şuşanın Daşaltı kəndi istiqamətində irəliləmək əmri alıblar və orada mövqe tutublar. Əsas məqsəd isə gizli "Şuşa tapşırığı"nı maksimum dərəcədə aşkara çıxarmamaq olub:

"Artıq noyabrın 3-ü axşam saatlarında tapşırıq gəldi ki, Daşaltının içərisinə daxil olmadan qayalığın altı ilə irəliləyərək Laçın dəhlizini tutmalıyıq. Noyabrın 4-ü səhər saatlarında Laçın dəhlizinə çatdıq və oranı nəzarətə götürdük. Burada sağ və sol tərəflərdə düşmənin səngərləri var idi. Onlar bizi hazırlıqsız yaxamalaq istəyirdilər. Ancaq bizim öndə gedən qruplarımız, eləcə də onları arxadan dəstəkləyən qruplarımızın peşəkarlığı nəticəsində çətin tapşırığı yerinə yetirdik və Laçın dəhlizini tutmağa müvəffəq olduq".

Ş.Qurbanov söyləyib ki, noyabrın 6-a qədər Şuşa-Xankəndi sərhədi boyunca sıx meşəliklə gizlicə irəliləyiblər. Onlar irəlilədikcə ermənilərin danışıq səslərini, mahnı zümzümələrini aydın şəkildə eşitmək mümkün olub:

"Düşmən bizi aşkara çıxarmaq üçün meşəlik ərazilərə kor-koranə şəkildə iriçaplı silahlardan atəş açırdı. Onlar hətta fosfor mərmilərindən istifadə edərək meşələri yandırırdılar. Düşmən 15 metrliyimizə əl qumbaraları atdı. Bu məqamda yaralı döyüş yoldaşım gizir Tural Musayevi xilas etmək üçün özümü irəli atdım. Daha sonra düşmənin arxasından sızaraq onlara gələn hərbi yardım və təminat maşınlarını ələ keçirdik və amansız döyüşdə düşmən 100-ə yaxın itki verdi"
Kateqoriyalar: Canlı debat