Videonun müddəti: 1:04:16 Baxış: 157 Əlavə edilib: 2022.11. 7
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Rus ordusuna şok zərbə - Ağır döyüşlər gedir – Kamran Həsənli ilə Sevinc Telmanqızı CANLIda

Ukrayna silahlı qüvvələri cənubda 14 rus hərbçisini, bir dron və üç sursat anbarını məhv edib. Bu barədə Ukrayna mediası bildirib. Raket və artilleriya bölmələri 147 atəş missiyasını yerinə yetirib, aviasiya isə 2 uğurlu döyüş uçuşu həyata keçirib.

“Bir neçə yaşayış məntəqəsində düşmənin qüvvə və vasitələrinin cəmləşdiyi ərazilər vurulub. Döyüş günü ərzində düşmənin təxmini itkiləri 14 əsgər, 3 ədəd zirehli texnika, PUA-nın komanda məntəqəsi, həmçinin Berislavdakı 3 silah-sursat anbarıdır”, - deyə məlumatda deyilib.

Qara dənizdəki təcavüzkar ölkənin gəmi tərkibi dəyişməyib və 3 gəmi daima manevr edir.
Kateqoriyalar: Gündəm