Videonun müddəti: 34:29 Baxış: 240 Əlavə edilib: 2022.11. 6
Pinterest
LinkedIn
WhatsApp
Telegram

İranda polis xalqa tərəf keçir: ölü və yaralılar var... - CANLI

İranda etiraz aksiyalarının 50-ci günüdür və artıq vəziyyət dəyişməyə başlayıb. Bu barədə “Mouze" Teleqram kanalı məlumat yayıb. Bildirilir ki, polis qüvvələri molla rejimindən ayrılaraq xalqın tərəfinə keçiblər.

Belə ki, bir neçə polisin istefa ərizəsi sosial şəbəkələrdə yayılıb.

İran ABŞ, İsrail və Səudiyyə Ərəbistanının Tehrana qarşı başlatdığı hibrid müharibəsinə qarşı mübarizəyə hazırdır.

İran ordusunun açıqlamasında bildirilib.

Qeyd edilib ki, ABŞ və onun regiondakı müttəfiqləri İsrail və Ərəbistan İrana qarşı hibrid müharibəyə başlayıb:

“İran ordusu bütün sahələrdə bu müharibəyə qarşı dayanmağa hazırdır”.

İranın Sistan-Bəlucistan vilayətinin Xaş şəhərində etirazçılar meriya binasına hücum edib.

“Tasnim” məlumat yayıb.

Bildirilib ki, aksiya iştirakçıları hökumətə qarşı şüarlar səsləndiriblər, daha sonra meriyanın binasını daşa tutublar. İddiaya görə, binaya guya atəş də açılıb.

“Etirazçılar bir neçə maşını da yandırıb”, - İran agentliyi qeyd edib.
Kateqoriyalar: Xəbər