Videonun müddəti: 39:51 Baxış: 284 Əlavə edilib: 2022.11. 4
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Vahid Əhmədov “Canlı debat”da! “Qırmızı xətti” keçən İrana yerini necə göstərəcəyik?

“İranla münasibətlərin elə bir nöqtəsinə gəlib çıxmışıq ki, bundan sonra hətta sözdə normal mehriban qonşuluq münasibətlərin davamı çətin olacaq. Tehran Azərbaycanla münasibətlərdə bütün qırımızı çizgiləri aşıb, bu ölkənin rəsmilərinin, diplomatlarının, deputatlarının və hərbçilərinin Azərbaycan əleyhinə davamlı açıqlamaları, sərhəddə hərbi təlimlər, qonşu ölkənin kəşfiyyat strukturlarının Azərbaycan ərazisində artan fəallığı və digər faktlar iki ölkə arasındakı münasibətlərdə dərin çat yaradıb”.

Bunu politoloq Elxan Şahinoğlu deyib və qeyd edib ki, rəsmi Bakı təxribatları cavabsız qoymayıb: “Prezident İlham Əliyevin “Azərbaycandan kənarda yaşayan soydaşlarımızın taleyi diqqət mərkəzimizdədir” açıqlaması, azərbaycanlı deputatların İranın təxribatlarına adekvat cavabları, Güney Azərbaycan mövzusunun aktuallaşması, hətta Azərbaycan dövlət televizya kanalında bununla bağlı reportajların yayımlanması və Azərbaycan ərazisində İran kəşfiyyatına bağlı şəxslərin həbs edilməsi buna misaldır. İranda rejim dəyişməyənə və ya Tehranın xarici, o cümlədən təhlükəsizlik siyasətində köklü dəyişikliklər baş verməyənə qədər iki ölkə arasındakı münasibətlərin normallaşması mümkün deyil”.

Bu da növbəti isti fakt. Bir neçə gün öncə İranın molla rejiminin parlament spikeri Məhəmməd-Baqir Qalibafın Azərbaycana səfər edəcəyi barədə məlumat yayılmışdı. Bu barədə ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında bildirmişdi. Lakin diplomatik mənbələrdən Azərbaycan mediasına daxil olan məlumata əsasən, Qalibafın ölkəmizə səfəri İran tərəfindən müvafiq xəbərdarlıq edilmədən, birtərəfli şəkildə ləğv olunub. Bu azmış kimi, spikerin bu günlərdə İrəvana səfər edəcəyi bildirilib.

“İslam dövləti”nin bu qərarı onun bölgə siyasətinin mahiyyətini bir daha ortaya qoyur. Rəsmi Tehran öz qərarı ilə Bakı ilə İrəvan arasındakı seçimdə ikinciyə üstünlük verdiyini təsdiqləyir. Bununla da, cənub qonşumuzun teokratik hakimiyyəti Azərbaycana qarşı münasibətində növbəti dəfə əsl simasını göstərmiş olur.
Kateqoriyalar: Canlı debat
Mövzular: vahid əhmədov