Videonun müddəti: 41:03 Baxış: 242 Əlavə edilib: 2022.11. 3
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Xankəndidəki Vardanyandan Bakıya hədə: BUNA QƏDƏR rus hərbçiləri… CANLI

Moskvadan Xankəndiyə köçən və separatçıların “baş nazir” postuna yiyələnən erməni milyarder Ruben Vardaynanın Rusiyanın “Kommersant” qəzetinə geniş müsahibəsi yayılıb. Müsahibə o qədər genişdir ki, məşhur “Kommersant” qəzetinin müxtəlif dövlətlərin liderlərindən bu böyüklükdə müsahibə yayımladığını xatırlamıram. Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. “Ruben Vadyanyanın geniş müsahibəsini qısaca belə xarakterizə etmək mümkündür: Birincisi, Qarabağın “statusu” müəyyənləşməyənə qədər rusiyalı hərbçilər bölgəni tərk etməməlidirlər; İkincisi, rəsmi Bakı Qarabağın erməni əhalisi ilə təmaslara başlamalıdır;

Üçüncüsü, iki xalqın qonşu kimi yaşamasının formulu tapılmalıdır…
Müsahibədən o da aydın olur ki, Ruben Vardanyan müharibədən qorxur və müsahibədə müharibə adamı olmadığını nümayiş etdirir. Ruben Vardanyan Soçi görüşündə Qarabağın adının çəkilməməsindən məyusluğunu da ifadə edib”, - politoloq bildirib.

E.Şahinoğlu qeyd edib ki, Ruben Vardanyanın Xankəndiyə köçməsi Kremlin layihəsidir:
“Bunu geniş müsahibədən də aydınlaşdırmaq olar. Kreml bizə belə bir mesaj göndərir: “Ruben Vardanyan Azərbaycana qarşı müharibələrdə iştirak etməyib, əgər rəsmi Bakı Araik Arutyunyanla görüşmək istəmirsə, Vardanyanla görüşə heç nə mane olmur”.
Kreml Vardanyanın dili ilə bizə başqa bir mesaj da göndərir: “Rusiya sülhməramlılarının Qarabağda qalma müddətini uzatmaq lazımdır”.
Azərbaycan rəsmilərinin Ruben Vardanyanla görüşü istisna olunur. Bu ancaq Vardanyanın Azərbaycan qanunlarına tabe olması halında mümkündür. O isə Azərbaycan ərazisində qanunlarımıza tabe olmaq istəmir. Rusiya hərbçilərinin Qarabağda qalma müddəti 2025-ci ildə bitir, bunu tez-tez rusiyalı rəsmilərin diqqətinə çatdırmaq lazımdır. Bu həm də ona görə tez-tez təkrarlanmalıdır ki, Ruben Vardanyan və Qarabağdakı digər ermənilər rusiyalı hərbçilərə arxayın olmasınlar”.
Xerson şəhərindəki vilayət administrasiyasının üzərindən Rusiya bayrağı çıxarılıb. Ukrayna Teleqram kanalları məlumat yayıb. Məlumata görə, hətta Rusiya ordusu Xerson vilayətinin Çernobayevka, Stepanovka və Belozyorkadakı postlarını tərk ediblər.

Xersondakı separatçıların rəhbəri Kirill Stremousov isə deyib ki, rus qoşunları vilayətin sol sahilinə köçürülür: “Çox güman ki, qoşunlarımız Xerson vilayətinin sol sahilinə köçürüləcək və Xersondan köçməyə vaxtı olmayanlar mümkün qədər tez sol sahilə getməlidirlər”.

Rus ordusu Donetsk vilayətinin Uqledar şəhəri yaxınlığında Ukrayna hərbçilərini mühasirəyə almağa çalışır, amma böyük itkilər verir. Bunu Ukrayna Silahlı Qüvvələrinin “Şərq” Qoşunlar Qrupunun spikeri Sergey Çerevatıy deyib.

“Onların Ukrayna hərbçilərini mühasirəyə almaq planları var. Ruslar Pavlovka kəndi rayonunda hücuma keçmək istəyirlər və həmin istiqamətdə amansız döyüşlər, mövqe müharibəsi gedir. Orada bəzən bizim, bəzən də onların üstülüyü hiss olunur. Lakin hərbçilərimiz mövqeləri saxlayır və düşmənin canlı qüvvəsi və zirehli texnikasını məhv etmək üçün maksumum hər şeyi edirlər. Düşmən bu istiqamətdə böyük itkilər verir. Avdeyevka, Uqledar, Marinka istiqamətində gündə orta hesabla düşmənin 100-ə yaxın canlı qüvvə itkisi olur”, - Çerevatıy bildirib.

“Ukrayna yeni ilə qədər 24 fevraldan əvvəlki sərhədlərini bərpa edəcək. Putin isə Avropada yeni qaçqın böhranı yaratmaq üçün, Ukraynadakı bütün elektrik stansiyalarını bombalamağa çalışacaq”. ABŞ-ın Avropadakı keçmiş komandanı Ben Hodces Vestminsterdə Geostrategiya Şurasının təşkil etdiyi tədbirdə çıxış edərkən deyib.

TVMusavat-ın “Həftə içi” verilişində “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevlə bölgədəki hadisələri müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Gündəm