Videonun müddəti: 1:16:21 Baxış: 251 Əlavə edilib: 2022.11. 3
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Rus səfir HƏDDİNİ aşdı, ermənilərə BUNU vəd etdi - Üzeyir Cəfərovla Ramil Məmmədlinin DEBATI

Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin Soçidəki görüşdən umduqlarını ala bilməyən ermənilərin “könlünü almaq” üçün həddini aşan açıqlamalar verib.

Kopırkin Qarabağda azsaylı erməni əhalisinin “statusu” məsələsinin gələcək nəsillərin öhdəsinə buraxılmalı olduğunu iddia edib. "Qarabağın statusu ədalətli həlli üçün məqbul şərait yarandıqda gələcək nəsillərin öhdəsinə buraxılmalı olan məsələdir" deyə, o bildirib. Bununla da Soçidəki görüşdən “statusla” bağlı vəd alacaqlarını gözləyən ermənilərə səbirli olmağı məsləhət görüb. O, Soçidə keçirilən üçtərəfli görüşü vacib adlandırıb və Rusiya prezidentinin bütün məsələlərdə razılığa gəlməyin mümkün olmadığı barədə sözlərini xatırladıb.

O, Rusiya prezidenti Vladimir Putinin sözlərini təkrarlayaraq vurğulayıb ki, qəbul edilən bütün qərarlar Ermənistan və Azərbaycan arasında razılaşmanın məhsulu olmalıdır.
Kateqoriyalar: Canlı debat