Videonun müddəti: 41:32 Baxış: 234 Əlavə edilib: 2022.11. 1
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Paşinyan XANKƏNDİYƏ kəşfiyyat qrupu göndərdi, Kremlin yeni OYUNU: detallar CANLI-da

Xankəndidə mitinq olan günü Ermənistan Baş naziri Nikol Paşinyan ora xəfiyyə göndərib. Paşinyanı Xankəndidə baş verən hadisələr barədə mətbuat məlumatları deyil, bəzi gizli məqamlar maraqlandırırdı. Bu fikirlərlə İrəvanın hakimiyyət dairələrinə yaxın olan Teleqram kanal xəbər yayıb.

“Əsas məqsəd orada baş verənləri birinci ağızdan öyrənmək idi. Buna görə Nikol Paşinyan Xankəndiyə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanın rəhbərliyi altında kəşfiyyat qrupu göndərdi. Onlardan gələn məlimatlar əsasında Nikol Paşinyan Qarabağ klanının nümayəndələri ilə necə davranacağını müəyyən edəcək. Əldə etdiyimiz bəzi məlumatlara əsasən, Xankəndidə bir neçə ciddi məqam baş verib ki, bu da İrəvan hakimiyyəti narahat edib”, - deyə məlumatda qeyd olunub.

“Qarabağ münaqişəsi” Rusiyanın Ermənistanı öz təsir dairəsində saxlaması üçün əsas alətdir və Kreml buna görə İrəvana Qarabağdan imtina etməyə imkan vermir. Qarabağın Azərbaycanın tərkibində olmasına imza atmaqla Ermənistan Rusiyanın əhəmiyyətli təsirindən qurtulacaq və onun artıq Qərbə istiqamətlənməsinin qarşısını almaq mümkün olmayacaq.

Ona görə Putinin işarəsini Ermənistandakı səfir Kopırkin açıq şəkildə ifadə etdi: gələcək nəsillərə saxlanılmalıdır! Niyə? Hansı əsasla “Qarabağ münaqişəsi” adlı artıq tarixə çevrilən konflikti yenidən körükləyib gələcək nəsillərə saxlanılması kimi məkrli siyasətə Azərbaycan dözməlidir?
Kateqoriyalar: Həftə içi