Videonun müddəti: 49:00 Baxış: 492 Əlavə edilib: 2022.10.31
Pinterest
LinkedIn
WhatsApp
Telegram

TƏCİLİ: Əliyev-Putin görüşü BAŞLANIR, Qarabağ üçün kritik danışıqlar... – CANLI

Rusiya Prezidenti Vladimir Putin Soçidə saat 14:00-da (13:00 Moskva vaxtı) Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb. Azərbaycan Prezidenti İlham Əliyevlə Putin arasında ikitərəfli görüş Bakı vaxtı ilə saat 15:00-a nəzərdə tutulub.

“Yerli vaxtla saat 16:00-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək”, - Kremlin yaydığı rəsmi məlumatda qeyd olunub.

Ötən gün Xankəndidə - Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında - separatçı qrupa dəstək aksiyası keçirilib. Aksiyada könüllü-məcburi əsaslarla 15 minə qədər insan iştirak edib.

Ermənistan KİV-lərində, xüsusən də “Epress.am”da dərc olunan məlumatlara görə, mitinq Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-mayor Andrey Volkovun təşəbbüsü ilə baş tutub. Volkov bildirib ki, əgər Ermənistan nizamlanmanın Rusiya variantından imtina edərsə, sülhməramlı missiya Qarabağı tərk edəcək.
Kateqoriyalar: Xəbər