Videonun müddəti: 51:38 Baxış: 157 Əlavə edilib: 2022.10.28
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Putindən ermənilərə ŞOK Qarabağ vədi: Soçidə nələr olacaq? CANLI

Rusiya təhlükəsizliyin təmin edilməsində Ermənistanı həmişə dəstəkləyib. Bunu Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında deyib.

O qeyd edib ki, Rusiya Federasiyası Ermənistanla Azərbaycan arasında münasibətlərin hərtərəfli həlli üçün əlindən gələni edir.

Putinin “Valday” klubunda Qarabağla bağlı açıqlaması Moskvanın Xankəndidəki separatçılara dəstəyi kimi qəbul edilə bilər. Ki, bu sirr deyil, hərçənd, bölgədə Qərb-Rusiya qarşıdurması və Ermənistan hakimiyyətinin planı fonunda Kremlin daha çox “dağıdıcı” gediş etdiyini deyə bilərik.

Qarabağ üzərində Azərbaycanın suverenliyinin qəbul edildiyi “Vaşinqton sənədi” haqda Putin ermənilərə iki seçim verir:

Putin bununla ermənilərə “Qarabağı istəyirsinizsə, Vaşinqton yox, Moskva sənədini seçməlisiniz” mesajını çatdırır, lakin fikrinin davamı olaraq “təbii ki, biz Azərbaycanla danışıqlar aparmalıyıq, bu razılaşmalar Azərbaycan üçün məqbul olmalıdır, açıq desək, bu, çox çətin məsələdir” deyə qeyd edir. Bununla:

- Erməni xalqına “Paşinyan Qarabağdan imtina edir”, “Qarabağın xilası” imkanının Rusiyada olduğu mesajını verir. Erməni ictimai rəyi üzərindən Paşinyana təzyiqin edilməsinə nail olmaq və sülh sazişinin imzalanmasında Qərbin vasitəçilik planını pozmaq istəyir.
TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində politoloq Vaqif Hüseyn Putinin çıxışını şərh edir.
Kateqoriyalar: Həftə içi