Videonun müddəti: 57:51 Baxış: 186 Əlavə edilib: 2022.10.26
Pinterest
LinkedIn
WhatsApp
Telegram

İrəvandan TƏCİLİ açıqlama: Sülh müqaviləsi ilin sonunadək... - Professor Qabil Hüseynli ilə CANLI

Roma Papası Fransisk Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya dövlət başçısı Vladimir Putini danışıqlar aparmaq üçün Vatikana dəvət edib. Bu barədə Ümumdünya Köhnə Dindarlar İttifaqının prezidenti Leonid Sevastyanov bildirib.

"Makron Papanın danışıqlar aparan şəxs kimi Avropaya uyğun olduğunu göstərdi. Sonra məlum oldu ki, o, Rusiya tərəfi üçün də məqbuldur. Roma Papası unikal şəxsiyyətdir, neytral, nüfuzlu və barışıq üçün vaxt sərf etməyə hazırdır", - Sevastyanov bildirib.

“İlin sonuna qədər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ifadəsi razılaşmanın nəticəsi deyil, hər iki tərəfin bununla bağlı istəklərini ifadə edən son tarixdir”.
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. “Mən də istəyirəm ki, tezliklə sülh müqaviləsi imzalayaq. Sülh müqaviləsi mümkün qədər tez bağlanmalıdır”, - spiker bildirib.
Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək üçün Soçiyə yola düşəcək. Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə deyib.

“Bəli, məlumatıma görə Baş nazir Soçiyə gedəcək. Düşünürəm ki, görüş baş tutacaq”, - Simonyan bildirib. Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanı və Azərbaycan Prezidenti İlham Əliyevi Rusiyada üçtərəfli görüşə dəvət etmişdi.

TVMusavat-ın canlı efirində professor Qabil Hüseynli ilə gözlənilən Soçi görüşü və ehtimal edilən sülh müqaviləsi, o cümlədən Vatikanda ola biləcək tarixi görüş haqda söhbətləşirik.
Kateqoriyalar: Həftə içi