Videonun müddəti: 1:11:43 Baxış: 345 Əlavə edilib: 2022.10.26
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Hafiz Haciyevlə “Canlı debat” - Gizli səs yazısında nələr var?

Oktyabrın 21-də şəhid polkovnik Babək Səmidlinin Meydan TV-də yayılan səs yazısı orduda qohumbazlıq, korrupsiya və pis idarəetmə ilə bağlı müzakirələrə yenidən yol açıb. Ölümündən öncə yazıldığı iddia olunan söhbətdə Babək Səmidli sabiq baş qərargah rəisi Nəcməddin Sadıqovu ordunu doğru idarə edə bilməməkdə ittiham edir, Azərbaycan və Ermənistan ordularının döyüş potensialı barədə bilərəkdən yanlış məlumatların çatdırıldığını söyləyir.

Nəcməddin Sadıqovla bağlı iddialar yeni deyil. Hələ 2020-ci il iyulun 14-də Qarabağda hərbi əməliyyatlar tələbi ilə küçəyə çıxan insanlar həmçinin Sadıqovun istefasını tələb etmişdilər. Nəcməddin Sadıqov ordu rəhbərliyindən uzaqlaşdırılsa da, onun fəaliyyəti ilə bağlı hər hansı araşdırmanın aparıldığı barədə ictimaiyyətə məlumat verilməyib.
Babək Səmidlinin səsyazısında səsləndirilən ittihamlar doğrudursa, keçmiş baş qərargah rəisi və ordu rəhbərliyində olan bəzi başqa şəxslər həmçinin böyük sayda insan itkisinə səbəb olan vəzifə cinayətləri törətməkdə günahlandırıla bilər.

Səs yazılarının ikinci hissəsinin də yaxın günlərdə yayılacağı qeyd edilir. Əcəba bu səs yazıları niyə indi ortaya çıxır? Məqsəd nədir? O səs yazıları kimlərin “baş”ını aparacaq?
AMEA-ya İsa Həbibbəylinin rəhbər gətirilməsi bu qurumun taleyində nələri dəyişəcək? Qurumun eks rəhbəri Ramiz Mehdiyevin bu qərarda payı nə qədərdir? Bu barədə nə düşünür?
Kateqoriyalar: Canlı debat