Videonun müddəti: 1:06:31 Baxış: 198 Əlavə edilib: 2022.10.25
Pinterest
LinkedIn
WhatsApp
Telegram

DƏQİQLƏŞDİ! Paşinyan sülh sazişini BU ŞƏHƏRdə imzalayacaq – CANLI

Fransalı hüquq müdafiəçisi Tyerri Valle Prezident Emmanuel Makrona Qarabağla bağlı məktub ünvanlayıb. Məktub “Causeur” jurnalında dərc olunub.

“Bu, Fransa diplomatiyasının son illərdə atdığı ən pis addım idi. Siz bəyanatınızla Cənubi Qafqazdakı kövrək sülhü və Ermənistan - Azərbaycan münasibətlərinin normallaşması prosesində Avropa Birliyinin rolunu təhlükə altına atdınız.

Praqada tərəflərin bir-birinin ərazi bütövlüyü və suverenliyini tanınması fonunda Fransa prezidentinin “Qarabağ Ermənistanın ürəyidir” bəyanatı beynəlxalq hüquqa hörmətsizlik olmaqla yanaşı, həm də beynəlxalq hüquq normalarına və danışıqlar prosesinin uğuruna xələl gətirir”, - Valle bildirib.

Rusiya mediasının Azərbaycana qarşı təxribatları davam edir. “Birinci kanal” və “Komsomolskaya Pravda“ qəzetindən sonra anti-Azərbaycan təxribatı “marafonu”na bu dəfə “Rossiya-24” xəbər kanalı qoşulub. Kanalın efirində gedən 4 dəqiqəlik süjetdə yenə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı Vaşinqton sənədi müzakirəyə çıxarılıb.

Və yenə erməni əsilli ekspertlərin iştirakı ilə. Bu dəfə erməni əsilli rusiyalı ekspert Semyon Baqdasarov (yan) və İrəvandan olan siyasi şərhçi Ayk Xalatyanın iştirakı ilə Rusiyanın dövlət kanalının efirində Qarabağın Azərbaycanın tərkibində qalmasının mümkünsüzlüyü qeyd olunub.
Kateqoriyalar: Həftə içi