Videonun müddəti: 43:23 Baxış: 241 Əlavə edilib: 2022.10.24
Pinterest
LinkedIn
WhatsApp
Telegram

İran yenə HƏDƏLƏDİ: Cavablarını aldılar, alacaqlar... – Hərbi analitiklə CANLI

Araz çayı yaxınlığında keçirilən son təlimlərlə bağlı Azərbaycan rəsmiləri məlumatlandırılmışdı. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

"İranın siyasi və hərbi rəsmiləri son hərbi təlimlər haqqında danışıb və onun məqsədlərini açıqlayıblar. Təlimlər əvvəlcədən planlaşdırılıb və İran Silahlı Qüvvələrinin periodik təlimləri əsasında həyata keçirilir. Təlimlər əslində heç bir qonşu dövlətə qarşı yönəlməyib, qonşularla münasibətlərin inkişafı bizim üçün prioritetdir", - Nasir Kənani bildirib.

O qeyd edib ki, ortaq sərhədlərin təhlükəsizliyi İran İslam Respublikası üçün strateji seçimdir: “Bu baxımdan İran təlimlərinin mesajını almalı olanlar, başqa sözlə desək, bu təlimlərin birbaşa auditoriyası olanlar təbii ki, mesajı aldılar və alacaqlar”.

O vurğulayıb ki, İran və Azərbaycan hökuməti arasında dostluq münasibətləri var: "Təlimlə bağlı iki ölkə arasında mövcud kanallar vasitəsilə Azərbaycan hökumətinin səlahiyyətli orqanlarına məlumatlar verilib. İki ölkənin hərbi sahədə əlaqələri çox yaxşı, konstruktiv və gələcəyə hesablanıb".
XİN rəsmisi qeyd edib ki, İran regional beynəlxalq sərhədlərin dəyişməməsinə, regionun geosiyasətinin sabitliyinə təkid edir.

Rusiyada elan olunan səfərbərlik fonunda Ukrayna müharibəsinə göndərilən çağırışçılar Vladimir Putinə qarşı qiyam qaldırıblar. Bu barədə Britaniyanın “Daily Mail” nəşri məlumat yayıb.

Hərbi düşərgədən paylaşılan kadrlarda, Tıvadan olan çağırışçılardan biri irəli çıxaraq, Putini və onun komandirlərini devirməyi təklif edib. O, Rusiya hökumətinin öz bölgəsindən səfərbərliyə yollananların ailəlirinə “qoyun” hədiyyə etməsini tənqid edib: “Ailələrimizə, uşaqlarımıza, bir ədəd qoyun və bir az da ərzaq verirlər. Bu nədir? Buna görə Putin ağır cəza ilə üzləşə bilər”.

O, daha sonra hərbi xidmətə çağırılarkən, yüksək rütbəli zabitlərin onu hədələyini dedi: “Onlar bizə dedilər ki, ora (Ukraynaya) getməsək, bizi həbs edəcəklər. Ailələrimizə kömək etməyəcəklərini, bütün ödənişləri dayandıracaqlarını dedilər”.

Daha sonra Tıvalı gənc rus ordusundakı təchizat çatışmazlığından şikayətlənib: “Bizə verilən bu corabların heç bir faydası yoxdur. Biz geyim vasitələrini öz hesabımıza almışıq. Bu lazımı vasitələrin əvəzində bizə gitara verirlər. Biz döyüş meydanında gitara çalacayıq? Sən (Putin) artıq bizim gözümüzdə güclü deyilsən. Artıq biz hamımız bir yerə yığışıb qərar verməliyik. Sizin bizə heç bir faydanız yoxdur”. Tıvalı gənc çıxışını bitirdikdən sonra döyüş yoldaşları onu alqışlamağa başlayıblar.

TVMusavat-ın canlı efirində hərbi analitik Azad İsazadə ilə İran və Rusiya gündəmini müzakirə edirik.
Kateqoriyalar: Həftə içi