Videonun müddəti: 1:04:58 Baxış: 319 Əlavə edilib: 2022.10.24
Pinterest
LinkedIn
WhatsApp
Telegram

İran Azərbaycana hücuma hazırlaşır? Rauf Arifoğlu ilə - CANLI DEBAT

Azərbaycan İranın hərbi müdaxiləsinə hazırlanır? Tehran Arazı gerçəkdən keçəcəkmi? Rauf Arifoğlu ilə CANLI DEBAT

Azərbaycanın xarici siyasətlə bağlı rəsmi informasiya kursunda bir ilk yaşanmaqdadır. Əliyevlər iqtidarı dövründə ilk dəfədir ki, qonşumuz İrana münasibətdə rəsmi KİV-lərdə, dövlət televiziyalarında sərt tənqidə yer verilir.

İllərlə Azərbaycan dövləti, rəsmi Tehran nə qədər yanlışlıq və yamanlıq yapsa da, heç bir halda İrana cavab vermədi, rəsmi kanallarda qonşuya qarşı təbliğat və əks təbliğat aparmadı.

Məsələ həm də informasiya platformasından kənarda da ölçülü - biçili idi. Azərbaycan dövləti İranın həssasiyyətini nəzərə alaraq İsraildə indiyə qədər də səfirlik açmayıb. İrana qarşı kollektiv Qərbin, özəlliklə də Amerikanın tətbiq etdiyi heç bir sanksiyaya qoşulmayıb. Azərbaycan hər zaman İran üçün nəfəslik rolunu oynayıb. Kənar güclərə Azərbaycan ərazisindən İrana qarşı istifadəyə imkan verilməyib. Lakin bunun qarşılığında İran hər zaman Azərbaycanın qırmızı xətlərini tapdayıb. Necəmi? İşğlçı Ermənistana, Qarabağda yuvalanmış qondarma rejimə qucaq açmaqla, onlara dəstək verməklə, erməniçi siysət yürütməklə. İşğaldakı ərazilərimizin talan və vuran olnumasında bilavasitə iştirak etməklə. Azərbaycanın daxilində casus şəbəkəsi qurmaqla. Azərbaycanın dövlət müstəqilliyinə qarşı sistematik fəaliyyət göstərməklə.

Bütün bunlara rəğmən, Azərbaycan hər zaman İranla ölçülü davranıb və onun qırmızı xətlərini keçməyib.

Lakin artəq İran nəinki qırməzı xətləri keçib, hətta Arazı tanklarl keçməklə hədələyərək, yeni hərbi doktirinlə bizləri açıq şəkildə təhdid edir. Son bir ildə İranın yürütdüyü siyasət açıq aqressiyadır və bizi dövlət olaraq, təhdid edir. Buna qarşı müvafiq cavab siyasəti tətbiq edilməsə, İranın ayağı daha da yer alacaq və Azərbaycana təzyiqləri artıracaq.

Məhz son hədd kimi görünən bu təzyiq - təhdid siyasətinin nəticəsidir ki, artıq Azərbaycan dövlət səviyyəsində azğın İran təhdidlərinə cavab verməyə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin dilindən səslənən bu fikirlər yeni siyasətin manifesti sayəla bilər. Hımin fikirləri yada salaq. 60 milyonluq Azərbaycan türklərinin Prezidenti olan İlham Əliyev belə demişdi: “...Dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, - on milyonlarla qan qardaşlarımızı, - dəstəkləyəcəyik.

Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik”.

Bu artıq yeni doktirindir və həm də o deməkdir ki, daha İranın qarşısından qaçmayacağıq. Qarabağ münaqişəsini əsaslı şəkildə həll etməklə, yeni yaratdığımız status - kvo bizə bir çox imkanlar açır. Onlardan biri də yeni müttəfiqlərlə eyni blokda və maraqda olmaqdır

Türkiyə ilə aramızda imzalanan Şuşa Bəyannaməsi isə burada xüsusi qeyd olunmalıdır. Həmin Bəyannamə artıq bizim müdafiə konseptimizi vahid hala gətirib.

Yəni İran Arazı keçərsə, qarşısında birləşmiş Türkiyə - Azərbaycan ordusunu görəcək. Modern, qüdrətli və döyüş təcrübəsi yüksək olan Turan Ordusu.

Məsələlər bu həddə qədər gələ bilərmi? Azərbaycanın cəsur davranışını görən İran geri çəkilərmi? Geri çəkilsə, biz nə etməliyik?
Kateqoriyalar: Canlı debat