Videonun müddəti: 35:19 Baxış: 267 Əlavə edilib: 2022.10.22
Pinterest
LinkedIn
WhatsApp
Telegram

SON DƏQİQƏ: Zelenski Putinin iki DƏHŞƏTLİ planını açıqladı – Natiq Cəfərli ilə CANLI

Rusiya iki fəlakət ssenarisini həyata keçirməyə çalışır. Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Planlardan birincisi odur ki, oktyabrın 10-dan Ukraynanın infrastrukturunu hədəfə alan düşmən qışın ortasında milyonlarla insanımızı işıqsız, susuz və ac buraxmaq istəyir.

Beləliklə, Moskva düşünür ki, Avropa ölkələrini yeni böyük miqrasiya ilə üz-üzə qoyaraq Qərbin Ukraynaya dəstəyini dayandıracaq. Düşmənin ikinci planı isə daha fəlakətlidir. Xerson vilayətində ilişib qalan Rusiya ordusu Dnepr çayı üzərindəki “Kaxovski” su anbarını partlatmağı planlaşdırır.

Əgər bu baş verərsə, bütün Xerson vilayəti su altında qalmış olacaq. Ruslar bu planlarını həyata keçirsələr, kütləvi qırğın silahlarından istifadə etməkdən daha böyük bir faciəyə imza atmış olacaqlar. Bunu soyqırım adlandırmaq daha məqsədəuyğun olardı”, - Zelenski bildirib.
Kateqoriyalar: Gündəm