Videonun müddəti: 38:36 Baxış: 279 Əlavə edilib: 2022.10.20
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Bakılı agentin Xankəndidə ŞOK “rus toplantısı” - DETALLAR CANLI

Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində maraqlı anlar yaşanıb. Açılış lentini kəsmək üçün yaxınlaşan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevdən qayçının dəstəyinə işarə ilə (qızılı rəngdə olmasına görə) “altunmu” deyə zarafatla soruşur. İlham Əliyev isə “qızıla bənzəyir” deyərək, əlavə edir: - Ancaq Siz lenti kəsəcəksiniz, bu, altundan da qiymətli olacaq!

Rusiya bu yaxınlarda Suriyadakı əsas hərbi qüvvələrini və hava hücumundan müdafiə sistemlərini geri çağırıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “The New York Times” nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, müxtəlif hesablamalara görə, Suriyadakı təxminən 1200-1600 nəfər hərbçi və S-300 sistemləri Moskvaya göndərilib. Rusiyanın bu qüvvələrdən Ukrayna müharibəsində istifadə edəcəyi bildirilir.

Oktyabrın 22-də, yəni sabah Qarabağda yaşayan Rusiya vətəndaşlarının toplantısı olacaq. Bu barədə məlumatı qondarma “Dağlıq Qarabağın rus icması” yayıb. Görüşün niyə keçirilməsi açıqlanmır, lakin Qarabağda Rusiya vətəndaşlarının olmasına işarə edilir. Məlumdur ki, Kremldə tez-tez Qarabağla bağlı “Donbas ssenarisi” haqda baş sındırırlar.

Hələlik bunun işartılarından biri Rusiyanın Qarabağda sülhməramlıların müvəqqəti nəzarət zonasında yerləşdirilməsindən sonra tələsik “rus icması” yaratmasıdır. Və onun rəhbəri kim olsa yaxşıdır, Moskvadan Federal Təhlükəsizlik Xidmətinin (FTX) Akademiyasının məzunu, Bakıda anadan olmuş, kökəncə erməni Aleksandır Bordov...
Onun icmaya “sədr” göndərilməsi ilə Moskva tanış bir planı işə saldı. Bordov həmçinin “Dağlıq Qarabağın rus dünyası” üzdəniraq “mədəni-maarif” layihəsinin, başqa sözlə, Azərbaycan üçün “Donbas ssenarisi”nin müəllifidir. Onun təyinatından sonra Xankəndi və ətrafında “slavyan əsilli” şəxslərin siyahıya alınmasına başlanıldı. Sözügedən qondarma icmanın 2021-ci ilə aid hesabatında Qarabağın dağlıq hissəsində daimi yaşayan 1500 rus və 2500 slavyanın qeydiyyatdan keçdiyi yer alıb.

Məlum məsələdir ki, Qarabağda deyildiyi qədər rusun yaşaması barədə göstərilən rəqəm ağ yalandır. Hətta dinc dövrdə belə Xankəndidə və ermənilər yaşayan ətraf bölgələrdə rusların sayı çox az idi. İndi də ola bilsin ki, Qarabağda qarışıq nikahı olan ruslar var, amma onların saylarının “icma yaratmaq” həddə olmadığı dəqiqdir.
TVMusavat-ın canlı efirində siyasi ekspert Vaqif Hüseynlə gündəmi müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Həftə içi