Videonun müddəti: 1:17:22 Baxış: 13K Əlavə edilib: 2022.10.14
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Kommunist Rauf Qurbanovla millətçi Elşad Musayevin duel kimi "Canlı debat”ı!

Rusiyalı diktator Vladimir Putinin siyasi opponentləri iki onillikdə ilk dəfə onun istefasını mümkün hesab edirlər. İşğalçıların Ukraynada məğlubiyyəti fonunda Rusiya Federasiyasında (RF) artıq bu barədə mübahisə edirlər ki, kim onu Kremlin başçısı kimi əvəz edə bilər. Bu barədə «Politico» yazır («UNİAN»). Ukraynada müharibə Putinin əleyhinə işləyir və onun məğlubedilməzliyini pozur. RF rəhbərliyində daxili mübarizə başlanıb və hərbi-siyasi komandanlığın fəaliyyətini tənqid edənlər meydana çıxıb. «İndi məmurlar dəyişən siyasi landşaftdan istifadə etməyə çalışırlar. Kremldəki mənbələr Rusiya elitasının nümayəndələri tərəfdə açıq yadfikirlilik qığılcımını təsdiqləyirlər, xüsusilə, çeçenlərin lideri Ramzan Kadırovu və «Vaqner» qrupunun rəhbəri Yevgeni Priqojini qeyd edirlər» - o, deyib. RF eks-baş naziri Mixail Kasyanov əmindir ki, prezident hakimiyyəti qəflətən zəifləyə bilər. «Mən, hesab edirəm ki, 3-4 aydan sonra kardinal dəyişikliklər baş verəcək» - o, fikrini bölüşüb.
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics