Videonun müddəti: 1:07:33 Baxış: 302 Əlavə edilib: 2022.07.29
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Etibar Məmmədov: "Anons verildi, "5-ci kolon"a qarşı geniş əməliyyat başlayacaq" - "CANLI DEBAT"

Prezident mesajını verdi, sərt xəbərdarlığını etdi - vəzifəli məmurların fəaliyyətində sərt dönüş gözləyəkmi?

Prezident İlham Əliyevin cari ilin 25 iyul tarixində Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı çıxışında ölkədə iqtisadi-sosial sahələrə dair mühüm mesajlar verdi və xəbərdarlıqlar etdi.

Musavat.com xatırladır ki, Prezident dövlət proqramlarının müsbət nəticələrindən danışıb, deyib ki, son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxlb. Ölkə rəhbəri rayonların sosial-iqtisadi inkişafına böyük töhfələri diqqətə çatdırıb, elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildiyini deyib.

O, yeni iş yerlərinin yaradılmasının xüsusi əhəmiyyət kəsb etdiyini deyib.

Prezident xüsusi ilə bir sıra icra başçılarının həbsinə diqqət çəkib və “Bu onu göstərir ki, heç kim qanundan üstün ola bilməz”, deyib.

Tələb edib ki, icra başçıları daim insanlarla təmasda olsunlar, kəndlərə getsinlər, problemlərlə maraqlansınlar, sosial ədalət prinsipinə əməl etsinlər.

Prezident xüsusi tapşırıq verib ki, şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir: “Heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun”...

Prezident bir daha sahibkarlara qayğı göstəriıməsinin vacibliyini deyib: “Bəzi hallarda sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürülür”.
Həmçinin, torpaqların qanunsuz zəbt edilməsinin yolverilməziyini önə çəkib.
Mühüm məqamlardan biri də məhz bu məqamdır: “İdarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar bunu görürlər... Qanunsuz işlərlə məşğul olmaq istəyənlər cəzalandırılacaq. Kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır... Görülən və görüləcək bütün işlər elə aparılmalıdır ki, ekologiyaya ziyan dəyməsin. Hər qarış torpaq qiymətlidir, dəyərlidir və torpaqdan insanlar istifadə etməlidirlər. Fermerlər, kəndlilər məhsul yetişdirmək üçün istifadə etməlidirlər. Biz ölkəmizin ekoloji sistemini qorumalıyıq...Hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq. Dövlətin siyasəti bundan ibarətdir”...
Kateqoriyalar: Canlı debat