Videonun müddəti: 1:08:06 Baxış: 315 Əlavə edilib: 2022.07.26
Pinterest
LinkedIn
WhatsApp
Telegram

AzTV AMEA-nı, Adil Əliyev isə Ramiz Mehdiyevi belə “vurdu” - Natiq Cəfərli ilə “Canlı debat”

AzTV-nin efirində Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti ilə bağlı süjet yayımlanıb.

Süjetdə AMEA-nın fəaliyyəti sərt tənqid olunub. Belə ki, iş saatının bitən vaxtı, yəni 18:00 radələrində AMEA-dan bir nəfərin belə çıxdığı görülməyib. Binaya daxil olan müxbir və operator elm ocağının bomboş, heç kimin olmadığını, işıqların söndürüldüyünü vurğulayıblar.

Çəkilişə icazə verilmədiyini deyən mühafizəçi dərhal rəhbərini çağırıb.
O isə bildirib ki, AMEA kollektivinin 80 faizi məzuniyyətdə olduğu üçün hazırda binada heç kim yoxdur: “Çəkiliş etmək istəyirsinizsə, səhər saat 10-11-də gəlin”.

Azərbaycan parlamentinin vitse-spikeri Adil Əliyev sosial mediada bəyanat paylaşıb. O, həmin bəyanatda aşağıdakıları yazıb: "Əziz soydaşlarım, prezident İlham Əliyevin apardığı geniş islahatlar və buna mane olmağa çalışan “5-ci kolon” barədə son müsahibəm radikal müxalifətə, onların xaricdəki söyüşcül “internet bürolarına” və Ramiz Mehdiyevin şəbəkəsinə necə yer edibsə, birləşib mənə qarşı şər və böhtan kampaniyasına başlayıblar".

Ölkə daxilində nə baş verir? Vitse spikerin ikinci dəfə bu mövzuya müraciət etməsi və cəmiyyətə real vəziyyəti çatdırması nədən xəbər verir? Prezident İlham Əliyevin dünənki xəbərdarlıqlarından sonra bu açıqlamanın gəlməsi nəyə işarədir?
Kateqoriyalar: Canlı debat