Videonun müddəti: 41:47
Baxış: 9.0K
Əlavə edilib: 2022.09.26
ŞOK: İranda xalq gü*lləboran edilir, Rusiyada isə xalq üsyanı... - CANLI
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi sentyabrın 26-da ölkənin etirazlarla mübarizə üçün "silahlı repressiyaya" əl atacağı ilə bağlı hədə-qorxu dolu bir video yayımlayıb. Bundan əvvəl İranın Ədliyyə Sisteminin rəhbəri Qulamhüseyn Möhsüni Ejei sentyabrın 22-də İranda davam edən kütləvi etirazları “narahatlıq və xaos” kimi xarakterizə edərək, ölkənin baş prokuroru və hakimlərindən etirazçılarla qarşı qəti tədbir görməyini istəyib. Təbrizli Aysan Mədənpəsənd və Mazəndəranın Noşəhr şəhərindən olan Hənanə Kiyanın İran hökumətinin məmurları tərəfindən öldürüldüyü təsdiq edilib. Aysan Mədənpəsənd həbs edildikdən sonra məmurlar tərəfindən möhkəm döyülüb. O, aldığı ağır xəsarətlər nəticəsində ölüb. Təhlükəsizlik məmurları Aysanın ailəsinə təzyiq göstərib və onun ölümünün guya təbii şəkildə baş verdiyi barədə məcburi açıqlama vermələrini tələb ediblər. Hənanə Kiya isə sentyabrın 23-ü axşam saatlarında Noşəhrdə keçirilən dinc aksiyada xüsusi təyinatlı qüvvələrin açdığı atəş nəticəsində həyatını itirib. Sentyabrın 26-da güney azərbaycanlı fəallar Başda Təbriz olmaqla Urmu, Ərdəbil, Zəncan, Həmədan, Qəzvin, Xoy, Marağa və başqa şəhərlərdə etiraz aksiyalarını davam etdirəcəkləri barədə bildiriş və çağırışlar yayıblar.
Veriliş:
Tv Musavat
Kateqoriyalar:
News & Politics
Mövzular:
rusiya ukrayna müharibəsi
ukrayna müharibə
rusiya ukrayna müharibə
son xeberler
müharibə
putin
xəbərlər bugün
baku
xəbərlər
xeberler
rusiya müharibə
gunun xeberleri
azerbaycan xeberleri
son xəbərlər
sonxəbərlər
donetskdə müharibə
bmt ukrayna
musavat tv
ukraynadan ən son xəbərlər
debat
bayden
zelenski
“şənbə xəbər”
fərruxdağı
xocavənd
qisasəməliyyatı
qırxqız
laçın
xankəndi
canlı debat
üzeyir cəfərov
sentyabr müharibəsi