Videonun müddəti: 50:18 Baxış: 268 Əlavə edilib: 2022.10.19
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Erməni ordusu sərhədə GÖRÜN nələr daşıyır: savaş hazırlığı - CANLI

Ermənistan ordusuna aid yük maşınlarının işlənmiş avtomobil şinlərini daşıdığına aid görüntülər yayılıb. Sosial şəbəkələrdə yayılan görüntülərin Ermənistanın Lori vilayətinin Quqark kəndində qeydə alındığı bildirilir.

Şinlər səngərlər və blindajların müdafiəsi üçün aktiv istifadə olunur. Belə görünür ki, erməni tərəfi sərhəddə yeni təxribatlara hazırlaşır. Son günlər erməni ekspertlər də istisna etmirlər ki, yeni toqquşmalar gözlənilir. Hətta noyabrda irimiqyaslı döyüşlər olacağı haqda fikirlər səslənir.

Amma noyabrda həm Brüssel görüşləri var, həmçinin Putin liderləri Rusiyaya dəvət edib, habelə Avropa İttifaqının mülki missiyası iki aylıq Ermənistan ərazisində yerləşəcək və sərhəddə vəziyyəti müşahidə edəcəklər. O halda düşmən ordusu nəyə və niyə hazırlaşır?

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” proqramında Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Nəsimi Şərəfxanlı və azvision.az-ın baş redaktoru Vüsal Məmmədov bölgədə prosesləri, o cümlədən Ukrayna böhranını müzakirə edirlər.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Həftə içi