Videonun müddəti: 1:09:16 Baxış: 278 Əlavə edilib: 2022.10.18
Pinterest
LinkedIn
WhatsApp
Telegram

TƏCİLİ: İrəvan sərhəddə səngər qazır, HAZIRLIQ başladı – Tural Abbaslı ilə “Canlı debat”

Ermənistanın Azərbaycan Ordusunun mövqelərinə doğru və delimitasiya olunmamış sərhəd zonasına kifayət qədər ağır silahlar toplaması Ordumuzun həmin ərazilərdə xidmət aparan şəxsi heyətinə qarşı birbaşa təhdid yaradır. Belə təhdidlərin gələcəkdə daha da geniş miqyas almaması üçün Ordumuz bu təhdidlərin ən qısa müddətdə aradan qaldırılmasına dair adekvat tədbirlər görməlidir. Ermənistan eyni zamanda sərhəddə səngərlər qazır. Hazırlıqlar da son sürətlə başlanıb.

Ermənistan Azərbaycana oktyabrın 31-də Brüsseldə delimitasiya üzrə komissiya iclasını keçirməyi təklif edib. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Twitter” hesabında məlumat verib.

Müvafiq məsələ oktyabrın 2-də Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın Cenevrədə keçirilən görüşündə müzakirə olunub. Qeyd edək ki, komissiyalara Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və erməni həmkarı Mqer Qriqoryan rəhbərlik edir.

Qriqoryan və Mustafayev arasında sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiya formatında ilk görüş mayın 24-də Ermənistan və Azərbaycan sərhədində, ikinci görüş avqustun 30-da Moskvada Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçukun iştirakı ilə keçirilib.

Məlumdur ki, Rusiya Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyasının Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahındakı xəritələr əsasında aparılmağı təklif edir. Rusiya arxivlərində Azərbaycanla bağlı xəritələr, eləcə də keçmiş sovet respublikalarının inzibati ərazi bölgüsünə dair arxiv sənədləri əsasən Rusiya Dövlət Kitabxanasının Kartoqrafiya bölməsində, eləcə də Rusiya İctimai Tarix Kitabxanasının arxivində saxlanılır. Bu arxivlərdəki xəritələr Rusiya Silahlı Qüvvələrin Baş Qərargahında saxlanılan hərbi xəritələrin əsasında hazırlanıb. Ötən əsrin 20-ci illərindən 1985-ci ilə qədər müxtəlif dövrlərdə tərtib olunan bu xəritələrdə Azərbaycanın qonşu Ermənistan və Gürcüstanla sərhədləri dəqiq göstərilib. Baş Qərargahdakı hərbi xəritələrdən ona görə istifadə olunur ki, onlar ən dəqiq xəritələr hesab olunur. Həmin xəritələr bir növ kartoqrafik və ya topoqrafik etalon sayılır. Rusiya Dövlət Kitabxanasında Azərbaycana aid 9 ədəd xəritə mövcuddur. Həmin xəritələrdən ən qədimi 1925-ci ildə çap olunan Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının siyasi xəritəsidir. Bu xəritədə Azərbaycanın qonşu Ermənistan və Gürcüstanla sərhədləri, o cümlədən 15 mahalı, bir muxtar vilayəti və muxtar respublikası qeyd olunub. 1925-ci ildə çap olunmasına baxmayaraq həmin xəritədə Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati mərkəzi ermənilərin sonradan adlandırdığı Stepanakert kimi deyil, qədim adı olan Xankəndi şəhəri kimi göstərilib. Bu arxivdə olan digər xəritələr isə Yermakovun 1928-ci və 1931-ci illərdə tərtib etdiyi “Qafqaz” adlı xəritələri, 1936-cı ildə çap olunan ağ kağız üzərində qara rəngli ştrixlərlə cızılan və sərhədlərin qeyd olunduğu “Z.S.F.S.R” xəritəsi, 1938-ci ildə Ümumrusiya Geoloji Fondu tərəfindən nəşr olunan xəritə, 1975, 80, 84 və 85-ci illərdə nəşr olunan SSRİ Nazirlər Sovetinin Geodeziya və Kartoqrafiya Baş İdarəsinin xəritələridir.

Bu xəritələrdə Ermənistan Azərbaycanın torpaqları hesabına öz ərazilərini genişləndirdiyi də ortaya çıxır. Qars müqaviləsinə daha yaxın xəritə məhz 1925-ci ilin xəritəsidir. Məhz bu xəritənin əsasında Cənubi Qafqaz respublikalarının inzibati-ərazi bölgüsü aparılıb. Ona görə də əksər ekspertlər Sovet İttifaqının ən gənc dövrünə aid 1925-ci ilin Zaqafqaziya siyasi xəritəsi əsasında sərhədin delimitasiyası aparılmasını vacib sayır.
Ermənistanın niyə görə sərhədlərin delimitasiyasının sovetlər dövründəki xəritələr, xüsusi ilə də 1920-ci ilin xəritələri əsasında aparılmasına qarşı çıxdığının səbəbi də aydındır. Bu səbəbdən Ermənistan rəhbərliyi komissiyanın iclaslarının Moskvadan kənarda keçirməyə, bununlada Rusiya xəritələrindən yayınmağa cəhd edir. Avropa Birliyinin müşahidə missiyasının da Ermənistan sərhədlərinə yerləşdirilməsin də əsas məqsədi bu prosesi ya uzatmağa və öz xeyrinə müəyyənləşdirməyə xidmət edir. Ekspertlərdən rəy, hansı xəritələr bizə lazımdır, Ermənistan Moskvanın sərhəd xəritələrini qəbul etmək istəmirsə, nə təklif edir?
Kateqoriyalar: Canlı debat